Deputat sərt qapanma olmadan virusla mübarizəyə səslədibackend

Deputat sərt qapanma olmadan virusla mübarizəyə səslədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Təəssüf ki, fəsil dəyişikliyi və digər səbəblər yenidən yoluxma sayında artımla nəticələnib.
Əhalinin virusdan qorunması üçün vaksinləşmə də mühüm rol oynayır. Koronavirus infeksiyasının qarşısının alınması üçün istehsal olunan “Sputnik V” vaksini ölkəyə idxal ediləcək.

Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə əsasən 300 000 doza “Sputnik V” dərman vasitəsinin Azərbaycana idxalı 180 gün müddətində həyata keçiriləcək.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Mən bütün vətəndaşları səbrlə qaydalara əməl etməyə, poliklinikalara yaxınlaşıb vaksin vurdurmağa səsləyirəm. Bu virus kütləviliyi sevir, kütləvi yerlərdə daha sürətlə yayılır. Biz də xalq olaraq kütləvi birləşib qaydalara əməl etməli, kütləvi surətdə virusla mübarizə aparmalıyıq. Bugünkü gün dövlət virusla mübarizədə vətəndaşının arxasında dayanıb. İstər işsizlərə kompensasiya, istər sabibkarlara yardım, vaksinlərin ölkəyə gətirilməsi yönündə artılan addımlar buna sübutdur.

Hamımız yorulmuşuq, hamımız normal həyata qayıtmaq istəyirik. İnanıram ki, bu dəfə vətəndaşlar evə qapadılmayacaq, sərt qapanma olmadan qaydalara əməl etməklə, vaksin vurdurmaqla virusa qalib gələcəyik.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı