Deputat seçicilərini rayonda qəbul etdi-FOTObackend

Deputat seçicilərini rayonda qəbul etdi-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilmiş Məşhur Məmmədov Masallı rayon qərargahında pandemiya qaydalarına əməl etməklə seçiciləri ilə görüşüb. Görüşdə iştirak edən seçicilər Məşhur Məmmədova qayğı və problemlərindən, arzularından bəhs etmişlər. 10-a yaxın seçicinin istəyi yerindəcə həll olunmuş, qalanlarının həlli istiqamətində köməkçilərə tapşırıqlar verilmişdir.

Sonra deputat şəhid ailələri və qazi olan seçicilərinin problemləri ilə maraqlanmış, aidiyyəti qurumlarla əlaqələndirəcəyini qeyd etmişdir.

Seçicilər hər dəfə diqqət və qayğı gördüklərini bildirmiş, karantin dövründə seçicilərinin canlı görüşünə gəlmiş Məşhur Məmmədova minnətdarlıqlarını bildirmişlər.

Məşhur Məmmədov imkan dairəsində canlı görüşlərinin sayını artıracağını, vacib görüşləri sözləri olarsa, hər zaman onlarla onlayn görüş keçirməyə hazır olduğunu bildirdi.