Deputat Rüfət Quliyev qanunları pozdu – Aksizsiz siqaret, maskasız…backend

Deputat Rüfət Quliyev qanunları pozdu – Aksizsiz siqaret, maskasız…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Millət vəkili Rüfət Quliyev Bakıdakı kafelərin birində kobud qanun pozuntularına yol verib.
Bakupost.az -ın xəbərinə görə, bu barədə tanınmış ictimai fəal Samir İsmayıl məlumat verib.
Onun sözlərinə görə, deputatın hamıdan tələb olunan elementar qaydalara əməl etməməsi, Milli Məclisin qəbul etdiyi qanunlara hörmətsiz yanaşması ikrah doğurub:
“Dünən deputat Rüfət Quliyevi şəhərin “coffee shop”larının birində gördüm. Qapalı məkana maskasız girdi. Masa arxasında yerli vətəndaşlarla rus dillində danışırdı. Salonda siqaret çəkməklə, Milli Məclisin qəbul etdiyi “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərini pozurdu. Masanın üstündə aksiz markası olmayan “Marlboro” qutusu var idi. Qeyd edim ki, “Marlboro”nun istehsalçısı “Philip Morris” şirkəti Azərbaycanda təmsil olunmur.
“Bütün siqaretlər eynidir, yalnız adı və qutusu fərqlidir” fikrinin müəllifinin, özünün istehsal etdiyi “European Tobacco-Baku” məhsullarını istifadə etməməsini görmək çox maraqlı oldu”.