DEPUTAT QMİ-NIN FƏTVASINA QARŞI ÇIXDI – “İslam məntiqi ilə Ramazan ayı bu gün başlayıb…”backend

DEPUTAT QMİ-NIN FƏTVASINA QARŞI ÇIXDI – “İslam məntiqi ilə Ramazan ayı bu gün başlayıb…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə daxil olmaqla, İslam dünyasının böyük hissəsində bu gündən Ramazan ayı başlayıb, inançlı insanlar oruc tutur.

Ancaq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya əsasən Azərvaycanda bu gün müsəlman aləmi üçün niyyət gecəsidir və sabahdan – 25 apreldən etibarən Ramazan ayı başlayır.

Halbuki, elmi mənbələr də Ayın dünən axşam təzələndiyini təsdiqləyir. Buna görə də Azərbaycandada xeyli insan bu gündən, yəni aprelin 24-dən oruc tutub.

Ancaq  həmişə olduğu kimi bu il də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvva ölkədə orucluqla bağlı ikitirəlik yaradıb.  Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman deyir ki, guya bu gün Ramazan ayı üçün oruc tutanlar düzgün etmir: “Sabah orucluğun birinci günüdür. Bu gün oruc tutanlar Şaban ayının son orucunu tutmalıdır. Qafqaz Müsəlmanlar İdarəsi elan edib ki, Ramazan ayı sabah başlayır. Bu gün üçün niyyət edib tutanlar düzgün etmirlər. Hər kəs sabahdan Ramazan ayı üçün oruc tutmalıdır, başqa cür ola bilməz”.

Deputat Fazil Mustafa isə oruc tutmağa bu gün başlayanlardandır. Deputat deyir ki, kimin hansı gündə oruc tutmağa başlamasına kimsə qərar verə bilməz:

“Orucu hansı gündə tutmaq insanın şəxsi seçimidir. Bu İslamın mahiyyətinə toxunan məsələ deyil. Hər kəsin öz savabı, öz günahı var. İslam məntiqi ilə Ramazan ayı bu gün başlayıb, mən də bu gündən etibarən oruc tutmağa başlamışam. Hansısa siyasi mülahizələrlə və başqa məsələlərlə orucluğun başlaması bir gün sonraya çəkilirsə, artıq bunu da problemə çevirmək lazım deyil. Yəni hər kəsin inancı özünə aid olan məsələdir. Kimsə sabahdan oruc tutmağa başlasa, onlar da özlərinə görə haqlıdır. Heç kimi bu gün ya da sabah oruc tutmasına görə qınamaq düzgün deyil. Bütün müsəlman dünyasının əksəriyyəti bu gündən oruc tutmağa başladığı üçün mən də bu gün başlamağa qərar verdim. Amma dediyim kimi, kimsə bu məsələyə qarşımamalıdır, kimin haqlı ya da haqsız olduğuna Allah bilər”.