Deputat professordan erməni siyasətçiyə sillə kimə cavablarbackend

Deputat professordan erməni siyasətçiyə sillə kimə cavablar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə Ermənistanın müxalif “Əriklər ölkəsi” partiyasının sədri Zarui Pastancyan siyasətçiyə yaraşmayan nasist düşüncəli çıxışı ilə diqqəti cəlb edib. Zarui ürəyini soyutmaq üçün hakim “Vətəndaş müqaviləsi “ partiyasının üzvlərini türklərin
nümayəndələri kimi qələmə verib. Onları qorxaqlıqda və düşmən kimi iy verməkdə suçlayır.

Mən Zaruini qınamıram. 44 günlük Vətən müharibəsi və müharibədə qazandığımız tarixi qələbə onun da əsəblərinə ciddi təsir göstərib, lakin nəticə çıxarmayıb. Əgər bu gün Ermənistan Respublikası adlanan ərazinin tarixini bilsəydi, inanmıram ki, türklərlə bağlı bu böhtanları söyləmək üçün özündə cəsarət tapaydı.

Zaruidən soruşmaq lazımdır, əgər Qarabağ sizin torpaqlar idisə, nə üçün 11 maddədən ibarət olan Kürəkçay müqaviləsində ermənilərlə bağlı bir cümlə belə yoxdur?Zaruidən soruşmaq lazımdır ki, Türkmənçay və Ədirnə müqavilələrinə qədər siz ermənilər harda yaşayırdınız? Erməniləri Şimali Azərbaycana köçürmə komitəsinə rəhbərlik edən erməni polkovnik Lazarev ermənilərə müraciətində deyirdi ki, “özünüzə yurd seçəcəyiniz İrəvanda, Naxçıvanda və Qarabağda dövlət hesabına əkilib becəriləcək bol məhsullu torpaq alacaqsınız.Orada xristianlarla məskunlaşmış yeni vətən tapacaqsınız.

Zaruidən soruşmaq lazımdır, əgər siz ermənilər bu torpağın sahibi idinizsə, İrəvan və Naxçıvan xanlıqları çar Rusiyası tərəfindən işğal olunandan bir neçə gün sonra bu ərizilərdə “erməni vilayəti” niyə yaradılırdı? Əgər İrəvan sizin idisə,onda çar Rusiyası nə üçün 1849-cu ildə İrəvan quberniyasını yaradırdı?

Erməni cəmiyyətində ən çox istinad olunan tarixçılərdən olan Baxış İşxanyan yazırdı ki,ermənilər Qafqazın müxtəlif ərazilərində yalnız son əsrlərdə yaşamışlar. İşxanyanın “Qafqaz xalqları” (rus dilində) əsərinə bir də baxınc. Parlament kürsüsündə çıxış edənin məsuliyyəti daha çoxdur. Çünki siz xalqı təmsil edirsiniz.Amma təəssüf edirəm.

Bəli ,bu gün yaşadığınız tarixi Azərbaycan torpağında iy gəlir. Mənim buna heç bir şübhəm yoxdur. Min illər boyu bu torpaqda yaşayan biz türklər yurd qurduq, qalalar, məbədlər və məscidər tikdik, hətta sizlərə də yer verdik. Qədim Zəngəzurda, İrəvanda, Göyçədə qalan və xoş xatirəyə çevrilən bizim iyimizdir.Otuz il ərzində torətdiyiniz qəddarlıqdan və faşist təbliğatınızdan fərqli olaraq biz tolerant düşüncə ilə dünyada tanınırıq.Biz heç kimi torpağında gözü olmayam bir xalqıq.Bizim babalarımız Qafqazda əmin -amanlıq olsun deyə, Qafqaz evi ideyasını irəli sürdülər. Siz neynədiniz? Faşistlərlə əməkdaşlıq edən Qaragen Njdeyə heykəl ucaltdınız.Nə o heykəl,nə də sizlər ucala bilmədiniz!

Sənə məsləhətim nədir? “Vətəndaş müqaviləsi “ partiyasının üzvləri də sizdəndir.Əgər məqsədiniz onları təhqir eləməkdirsə, müqayisəni özünüzlə və ya sizin düşüncənizdə olanlarla aparın.Əgər təhqir etmək istədiyiniz partiya 44 günlük müharibədən sonra erməni cəmiyyətinə Azərbaycanın haqq işi ilə bağlı mesajlar verirsə,siz də qoşulun bu fikirlərə.

Düşmənçilik, başqa xalqlara yuxarıdan baxmaq heç bir zaman qəbul olunmayıb. Böyük türk xalqını təhqir etmək sizə başucalığı gətirməyəcək. Millət vəkili olaraq qonşu xalqlara qarşı böhtançı təbliğatınıza son qoyun. Xalqınızı nasist fikirlərinizlə zəhərləməyin.Xalqınıza yazığınız gəlsin. Həm də yaddan çıxarmayın ki, havadarlarınızın sayı xeyli azalıb,amma bizim haqq işimizi müdafiə edənlərin sayı xeyli çoxalıb.

Anar İsgəndərov

Milli Məclisin deputatı, professor

Hər bir müharibənin sonu sülh müqaviləsi ilə bitir.Siz işğal etmişdiniz,biz azad etdik və Cənubi Qafqaza sülh və ədalət gətirdik. Biz bir xalq olaraq sülhün tərəfdarıyıq. Amma unutmayın ki,dəmir yumruq həmişə yerindədir!