Deputat olmaq istəyən ən yaşlı və ən gənc namizəd (FOTO)backend

Deputat olmaq istəyən ən yaşlı və ən gənc namizəd (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınan şəxslərin yaş həddi üzrə statistikası açıqlanıb.
TİA.AZ  modern.az-a istinadən xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında “Resurs” Analitik İnformasiya mərkəzinin sədri Rasim Quliyev bu barədə məlumat verib. O bildirib ki, deputatlığa namizədliyi qeydə alınan şəxslərin yaş bölgüsü seçkiyə böyük inam olmasını bir daha sübut edir:
“Deputatlığa namizədliyi qeydə alınan şəxslərdən 82 nəfəri 18-28, 407 nəfəri 29-39 yaş, 542 nəfəri 40-45 yaş, 221 nəfəri 56-66 yaş, 43 nəfəri isə 67 yaşdan yuxarı olan şəxslərdir. 1998-ci ildə anadan olan və hazırda 22 yaşı olan 8 nəfər də deputatlığa namizədliyini irəli sürüb. Eyni zamanda 1938-ci il təvəllüdlü 2 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.
Mərkəz sədrinin sözlərinə görə, yaş həddi arasında bu cür bölgü cəmiyyətdə 1998-ci ildən sonrakı dövrdə islahatçılıq, yenilik abı-havasının mövcudluğunu göstərir:
“İslahatların nəticəsini parlament seçkilərində iştirak edən deputatlığa namizədlərin sayında da görürük”.
Qeyd edək ki, 1938-ci il təvəllüdlü deputatlığa namizədlərdən biri Milli Məclisin deputatı Fəttah Heydərovdur. Deputatlığa ən gənc namizədlərdən biri isə 10 dekabr 2001-ci il təvəllüdlü Həbibli Elməddin Fəxrəddin oğludur. 18 yaşı yenicə tamam olan Elməddin Həbiblinin natamam ali təhsilə və politoloq ixtisasına sahib olduğu bildirilib.