Deputat Musa Quliyev:”Azərbaycan xalqı xoşbəxt xalqdır”backend

Deputat Musa Quliyev:“Azərbaycan xalqı xoşbəxt xalqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hərbi Qənimətlər Parkının ibrət dərslərindən biri də budur ki, işğalçının gec- tez aqibəti bu cür olmalıdır. Güclü lideri olan Xalqın iradəsin əzmək, ona qalib gəlmək mümkün deyildir”

Bu sözləri Tia-az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev Hərbi Qənimətlər Parkı haqda danışarkən deyib.
Deputat bildirdi ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, cənab İlham Əliyev kimi güclü, iradəli, müdrik Vətənini və millətini sevən xarizmatik bir lideri var:

“İlham Əliyev də xoşbəxt dövlət başçısıdır ki, müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilmişdir. Vətəninin hər bölgəsində dizini yerə doyub öpdüyü üç rəngli bayrağı Vətən səmasının ucalığında dalğalandırmaq onun qüdrətli əllərinə nəsib olmuşdur.”
Hərbi Qənimətlər Parkını tənqid edənlərə isə deputat belə cavab verdi:
“Hazırda Azərbaycanda otuz minə yaxın erməni yaşayır. Çox güman bu parkın açılışını qəddarlıq kimi qiymətləndirənlər də elə o ermənlərin nəvə-nəticələridir. Onların bu reaksiyası olduqca təbiidir, çünki onlar Azərbaycanın uğurlarını həzm edə bilmir. Öz içimizdə olan beşinci kolonun nümayəndələri aldıqları göstərişlərə uyğun olaraq belə ikrah doğuran fikirlər səsləndirir.”

Aytac Sahəd

TİA.AZ