Deputat meriyanı tənqid etdi: Şəhər təsərrüfatı işlərin öhdəsindən gələ bilmədibackend

Deputat meriyanı tənqid etdi: Şəhər təsərrüfatı işlərin öhdəsindən gələ bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əzizbəyov heykəlinin yanından dönüb Parlamentə gedirəm. Məktəbin qarşısında yolun qırağında bərkimiş və çox çirkli qar topaları yığılıb. 5-6 qadın Fərhad kimi külüng çalır, donmuş çirkli qarı parçalayıb yola tökürlər. Başa düşmürəm ki, bu texnologiya əsrində bizim yazıq yaşlı qadınlarımızı niyə traktor əvəzi işlədirlər? Məgər şəhər təsərrüfatının maşınları yoxdur? Axı təzələri də alınıb. Bu çirkli qarı niyə yola töküb zibilləyirsiniz? Traktor kürüsün, toplasın, yığsın maşınlara, aparıb töksün ağacların dibinə. O yazıq qadınlar da başqa yüngül təmizlik işləri aparsınlar”.

Bu barədə Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Facebook”da yazıb.

O, Bakı Şəhər İcra Hakimiyyətinə pis münasibət bəsləmədiyini qeyd edib:

“Amma, deməliyəm ki, bu bir-iki gündə şəhər təsərrüfatı işlərinin öhdəsindən gələ bilmədi. Şəhər iflic oldu, mən də iki gün Novxanıda girovluqda qaldım, şəhərə qayıda bilmədim. Olmaz belə!”.