Deputat köməkçisinə ağır ittihamlar: “Deyir ki, kim şikayət etsə, onu tutduracağam”backend

Deputat köməkçisinə ağır ittihamlar: “Deyir ki, kim şikayət etsə, onu tutduracağam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizimyol.info-nun redaksiyasına Goranboy rayonun Hazır Əhmədli kəndinin bir qrup sakinləri və şəhid ailələri adından məktub dail olub.

Məktubda deputat Anar Məmmədovun köməkçisi olan Cahangirov Elçin Xanlar oğlunun qanunsuz əməllərindən bəhs olunub.

“Bu şəxs, həbs olunmuş rayon icra başçısı Nizaməddin Quliyevlə baş-başa verərək 2015-2019-cu illərdə Goranboy rayonuna qan uddururdular. Zəhmətkeş rayon sakinlərində dövlət orqanlarına qarşı inamsızlıqlar yaratdılar. Çox maraqlı bir məsələdir ki, rayon hüquq-mühafizə orqanlarının gözü qarşısında Elçin Cahangirovun çıxarmadığı oyun qalmayıb. Elçin Cahangirov rayon sakinlərindən, məktəblərdən, uşaq bağçalarından, xəstəxanalardan, rayon icra nümayəndələrindən müxtəlif adlarla, külli miqdarda rüşvət toplamışdır.
Nəhayət, ölkə Prezidenti, Cənab İlham Əliyev korrupsiya ilə məşğul olan icra başçıları haqqında sərt təqbirlər görməyə başladı. Rayonun icra başçısı həbs edildi. Ancaq rayonda rüşvət yığımına rəhbərlik edən Elçin Cahangirov isə həbsdən kənarda qaldı. Buna səbəb isə onu bu vəzifəyə təyin edən qara qüvvələrin köməkliyi oldu. Rayona yeni təyin olunmuş başçı Məhərrəm Quliyev bu dələduz 1-ci müavin Elçin Cahangirovu tutduğu vəzifədən azad etdi. Ancaq bundan artığına gücü çatmadı.

Az bir müddətdən sonra həmin qara qüvvələr bu şəxsi Goranboy Rayon İcra Hakimiyyətinin Əmlak Komitəsi üzrə məsul katibi vəzifəsinə təyin etdilər. Bu köhnə dələduz yeni vəzifəsində də rüşvətxorluqla məşğul olmağa başladı. Belə ki, şəhidlərin dəfni zamanı dövlət tərəfindən ayrılmış vəsaitləri, ərzaq məhsullarını həmin ailələrə düzgün vermədiyi üçün yeni başçının 1-ci müavini Ceyhun Həsənov tərəfindən möhkəm döyüldü. Bu əli əyriliyin üstündə başçı Məhərrəm Quliyev onu yenidən bu vəzifədən də qovdu. Amma onu himayə edən həmin qara qüvvələr yenidən onu rayondan deputat seçilmiş Anar Məmmədova köməkçi təyin etdilər. (Bu qüvvələrin kimliyi araşdırılmalıdır). Deputat köməkçisi xalqın sözçüsü olmaq əvəzinə xalqın qəniminə çevrilmişdir.

Elçin Cahangirov və başqa kimlərləsə əlaqəyə girərək rayonun bir neçə kənd sakinlərindən taxıl biçinindən əvvəl küllü miqdarda pul yığaraq onlara taxıl, arpa verəcəyini demişdir. Ancaq biçindən sonra həmin adamlara nə taxıl verildi, nə də ki, pul. Bu şəxslər Bəşirli kənd sakinləri Lalə Rəhimova, Dilarə, Natiq Məmmədov, Xınallı kənd sakini Azər, Çaylı kənd sakinləri Mahir, Nəsibdən aldıqları pulları geri qaytarmadığı üçün onlar rayon polis şöbəsinə müraciət etdilər. Ancaq bu adamların şikayətlərinə bu gün də baxılmayıb. Bu fakt da onu göstərir ki, bu şəxslər kimlərləsə əlbirdirlər”.

Sakinlərin sözlərinə görə, bu, deputat köməkçisinin görmüş olduğu qanunsuzluqların az bir hissəsidir.

“Elçin Cahangirov və qardaşı Ruhin Cahangirov şikayətçilərə deyir ki, kim bizdən şikayət etsə, onu tutduracağam. Elçin Cahangirov rayon icra başçısının 1-ci müavini vəzifəsində işlədikdə kənddə düz yolun üstündə (hərbi yolun) özləri üçün əyləncə mərkəzləri, mağazalar şəbəkəsi açmışdır. Bu mağazalar hərbi maşınların hərəkəti zamanı təhlükəsizlik qaydalarını kobud sürətdə pozur. Bu isə bu yolla hərəkət etməli olan digər kəndlərin sürücüləri üçün problemlər yaradır. Dəfələrlə rayonda aidiyyatı olan təşkilatlara deyilsə də, bu barədə lazımi ölçü götürülməmişdir.

Ona görə də rayon sakinləri rayonda baş verən bu qanuna zidd hərəkətlərə nə zaman son qoyulacağını ümidlə gözləyirlər. Əks halda kənd sakinləri özləri bildikləri qaydalarla bu məsələləri yoluna qoymaq məcburiyyətində qalırlar. Bu isə xalqda dövlət orqanlarına qarşı inamsızlıq yaradır. Tələbimiz ondan ibarətdir ki, Elçin Cahangirovun bu günə kimi fəaliyyəti araşdırılsın, onu himayə edən, dövlətə qarşı təxribatla məşğul olan bu qüvvələr zərərsizləşdirilsinlər. Elçin Cahangirovun kimliyini, onun etmiş olduğu qanunazidd əməllərini dəqiq araşdırıb tədbir görsünlər.

Ona-buna fırıldaq gəlib pulunu mənimsəyən, şəhid ailələrinə belə kələk gəlib onların pullarına göz dikən bir adamın rayon sakinlərinin təmsilçisi olması yolverilməzdir. Onun deputat köməkçisi olması Azərbaycan Respublikasının Milli Məclisinə qarşı bir təxribat kimi qiymətləndirilməlidir”,- deyə sakinlər məktubda qeyd edib.