DEPUTAT: KAŞ ƏKRƏM “DAŞ YUXULAR”DAN QABAQ ÖLƏRDİbackend

DEPUTAT: KAŞ ƏKRƏM “DAŞ YUXULAR”DAN QABAQ ÖLƏRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən 4-cü Milli Kitab Sərgisində yazıçı Əkrəm Əylisli ilə görüş keçirilib.
Yazıçı uzun və gərgin fasilədən sonra ilk dəfə oxucularının qarşısına çıxaraq, sualları cavablandırıb.
Bu görüşdən sonra yazıçı ətrafında müzakirələr yenidən alovlanıb. Kimi Əkrəm Əylislini vətən xaini adlandırıb, kimi də ona qarşı haqsızlıq edildiyini yazıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Musa Quliyevin fikirlərini öyrəndik. Deputat TİA. Az-a açıqlamasında bildirdi ki, Əkrəm Əylisli haqqında fikirləri dəyişməyib:
Kaş Əkrəm “Daş yuxular”dan qabaq ölərdi. Mən Əkrəm Əylisli və onun xain “əsəri” barədə o zaman sözümü demişəm, yazımı yazmışam.
Qəbiristanlıq haqqında pis danışmaq doğru olmaz”.Qeyd edək ki, 2013-cü ildə “Daş yuxular” povestinin Moskvada nəşrindən sonra Azərbaycanda kitabları yandırılan, xalq yazıçısı adından məhum edilən Əkrəm Əylisli 9 il sonra ilk dəfə oxucularıyla görüşüb.

TİA. Az