Deputat: “Hər gün 2-3 saat tıxacda qalırıq”backend

Deputat: “Hər gün 2-3 saat tıxacda qalırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıda hər gün 1 milyona yaxın insan, o cümlədən deputatlar 2-3 saat tıxacda qalırlar. Bu, doğru idarəetməmənin olmamasından qaynaqlanır”.

TİA.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, aidiyyatı qurumlar bu məsələnin gələn il həlli ilə bağlı ictimaiyyətə söz verməlidir: “Bu gün Bakıda parklanma sistemi həll olunmayıb. Bir məmurun iş saatı 9-da başlayırsa, o saat 7-dən evdən çıxır. Biz 2022-ci ili Bakı şəhərinin xilas ili kimi qiymətləndirməliyik. Bu problemin həlli ilə bağlı yol xəritəsi təqdim olunmalıdır”.