Deputat Gömrük Komitəsini İTTİHAM ETDİbackend

Deputat Gömrük Komitəsini İTTİHAM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Elman Nəsirli seçicilərinin üzləşdiyi problemdən söz açıb.

TİA.AZ  Modern.az-a istinadən xəbər verir ki, deputat parlamentin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı Cəlilabad rayonunda yaşayan fermerlərin  məsələsini qaldırıb:

“Cəlilabad fermerləri həyəcan təbili çalır. Onlar kartof məhsullarını Rusiya bazarına çıxarda bilmirlər. Samux gömrük postunda günlərlə məhsullar yolda qalır və məhv olur”.

Deputat Gömrük komitəsindən bu məsələyə münasibət bildirmələrini xahiş edib.