Deputat Əminə Ağazadə “Azərişıq” sədri ilə görüşübbackend

Deputat Əminə Ağazadə “Azərişıq” sədri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Deputat “Azərişıq” sədri ilə görüşüb.Tia.az xəbər verir ki, bu barədə Kürdəmirdən seçilən deputat Əminə Ağazadə öz facebook profilində yazıb:

“Əziz Kürdəmirlilər,

Hamınızı salamlayıram.
Kürdəmir rayonunun şəhər mərkəzində, kənd və qəsəbələrimizdə elektrik təminatının vəziyyəti ilə əlaqədar “Azərişıq” ASC-yə ünvanladığım məktub haqqında sizlərə məlumat vermişdim. Məktubda rayonumuzda olan elektrik təminatının faktiki vəziyyəti, əhalidən mənə ünvanlanan müraciətlər əks olunmuşdu.
Sizlərə bildirmək istəyirəm ki, bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovla görüşümüz oldu. Səhmdar cəmiyyətin sədrini Kürdəmir ictimaiyyəti adından salamlayaraq “Azərişıq” ASC-nin Kürdəmir rayonunda apardığı işlər, deputat olaraq mənə ünvanlanan müraciətlər haqqında məlumat verdim. Kənd və qəsəbələrimizdə elektrik təminatının mövcud vəziyyəti, ən ağrılı sahələr, onların aradan qaldırılması ilə bağlı mümkün vasitələr haqqında geniş fikir mübadiləsi apardıq. Vüqar müəllim əmin etdi ki, hal-hazırda səhmdar cəmiyyətin malik olduğu imkanlar çərçivəsində rayonumuzun elektrik təminatının yaxşılaşdırılması işinə maksimum köməklik göstəriləcəkdir. Söhbət zamanı səhmdar cəmiyyətin rəhbəri bununla bağlı müvafiq qurumlara da öz göstərişlərini verdi. Məndə olan məlumata görə, hazırda “Azərişıq” ASC tərəfindən Kürdəmir rayonunda elektrik təminatının mövcud vəziyyətinin monitorinq olunmasına start verilib.
Bizim müraciətlərimizə operativ qaydada münasibət bildirdiyinə, görüş əsnasında müvafiq strukturlara yerindəcə lazimi tapşırıqlar verdiyinə görə hörmətli Vüqar müəllimə, rəhbərlik etdiyi kollektivə təşəkkürümüzü bildirir, onlara fəaliyyətlərində uğurlar arzulayıram.
Əziz seçicilərim,
Mənim ən böyük dayağım, mənə daim qüvvə, inam verən sizlərin mənə olan etimadi, etibarı olub. Bu gün deputat olaraq hər bir sahədə, rayonumuzun üzləşdiyi hər bir çətinlikdə yanınızda olmaq, əlimdən gələn hər bir köməyi əsirgəməmək mənim vəzifə borcumdur. Bilirəm ki, birlikdə biz bütün problemlərin öhdəsindən gələcəyik “.