Deputat əlilliyi ləğv edilən, pensiyası kəsilənlərin müdafiəsinə qalxdı: – “Onda işlə təmin olunsunlar!”backend

Deputat əlilliyi ləğv edilən, pensiyası kəsilənlərin müdafiəsinə qalxdı: – “Onda işlə təmin olunsunlar!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlamentin sonuncu iclasında müzakirəyə çıxarılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ikinci oxunuşunda 13 deputat bu sənədin əlehinə səs verib. Deputatlar qanun layihəsinin tam olmadığı qənaətindədirlər.

13 deputatdan biri – Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov  narazı aldığı məqamları açıqlayıb. Deputat deyib ki, əvvəlki illərdə əllilik almış, daha sonra əlilliyi ləğv edilmiş şəxslərin sayı həddindən çoxdur:

“Bu müddətdə 17 mindən çox əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib. Ola bilər ki, bundan əvvəlki nazirin dövründə saxtakarlıq edilib, qanunsuz əlillik və pensiya təyinatı aparılıb. Amma insanların gəliri kəsilirsə, onların iş, dolanışıq məsəslələrini həll etmək lazımdır. Digər tərəfdən, islahat aparılan zaman onun maliyyə tutumu müəyyən edilməlidir. İslahat, maliyyə tutumu, insanların həyat şəraitinə müsbət dəyişiklik gətirəcəksə, onu təsdiqləməkdə heç bir problem yoxdur. Amma biz 3 əlillik dərəcəsini ləğv edib faizlər müəyyən edirik. O fazilərin müəyyən edilməsində də problemlər yarana bilər. Yaranmayacağına kim təminat verə bilər?”.

Parlamentari aparılan müzakirələrə rəğmən, qanun layihəsinin qənaətbəxş olmadığını diqqətə çatdırıb:

“Biz bu məsələni geniş müzakirə etdik, həm plenar iclasda, həm komitə iclasında. Parlamentin sədrinin göstərişinə uyğun olaraq, sədrin müavinləri, Aparat rəhbəri, komitə sədrləri müzakirələrdə iştirak etdi. Amma bununla belə, mən öz fikrimdəyəm ki, bu dəqiqə ciddi və kəskin dəyişikliyə səbəb olacaq islahata ehtiyac yoxdur.

Biz 44 günlük müharibədən qələbə ilə çıxmış insanları daha da ruhlandırmalıyıq. Bir daha vurğulayıram, söhbət saxta əlillik təyinatının ləğvindən getmir. Biz də bu cür hallara qarşıyıq. Əgər həmin şəxsin əlilliyi həqiqətən yoxdursa, o zaman işlə təmin olunsun. Vətəndaş nə ilə dolansın?! Bunun üçün xüsusi proqram işlənib hazırlanmalıdır. Biz ümumiyyətlə deyirdik ki, əlillik dərəcəsinin ləğvi və s. kimi məsələlər paket formasında olsun. Çünki layihə özündə müsbətə doğru dəyişikliyi ehtiva etmir”.