Deputat: “Azərbaycan İlham Əliyevin rəhbərliyi altında tarix yazdı”backend

Deputat: “Azərbaycan İlham Əliyevin rəhbərliyi altında tarix yazdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur Məmmədov: “Bu siyasət Ermənistanın sonunu gətirə bilər. Əgər onlar öz iddialarından əl çəkməsələr…”

“Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı söylədiyi fikirlər hər bir azərbaycanlı üçün qürur mənbəyidir”.

Bu sözləri TİA.AZ-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov söyləyib.

Onun sözlərinə görə, Prezidentin açıqlaması dünya birliyinə layiqli mesajdır: “Dövlət başçısı açıq şəkildə vurğuladı ki, Ermənistanda azərbaycanofobiya, islamofobiya meylləri hökm sürür. Bu təkcə Ermənistanda belə deyil. Bəzi Qərb dövlətlərində də belədir. Onlar da islamafobiyanın təsiri altındadır və “xristian təəssübkeşliyi” bütün təzahürləri ilə ortadadır. Onlar nəyin bahasına olursa-olsun regionda sabitliyi pozmağa çalışır, müharibə təşviqatı aparırlar. Anlayırlar ki, müharibə iddiaları Ermənistanın bir dövlət olaraq sonunu gətirə bilər. Lakin buna baxmayaraq, bu siyasəti davam etdirirlər. Cənab  İlham Əliyev aydın mesaj verdi ki, Ermənistan və arxasında dayanan qüvvələr bu məkrli siyasətinə son verməsələr, “Dəmir yumruq” yenidən onların başına dəyəcək”.

44 günlük vətən Müharibəsində tarixi qələbəmizdən danışan millət vəkili bildirdi ki, bu şanlı tarix Azərbaycanın üzərindən qara ləkəni sildi: “Düşünürdülər ki, Azərbaycan torpaqlarının işğal olması faktı ilə barışacaq, məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması iddiasından əl çəkəcək, Xocalıda insanlıq əleyhinə cinayətə dözümlü yanaşacaq. Lakin Cənab Prezident hər zaman deyirdi ki, biz bununla barışmayacağıq. Məqamı gələndə öz sözümüzü deyəcəyik. Sentyabrın 27-dən başlayan və noyabrın 9-da başa çatan döyüşlər zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun canı-qanı bahasına torpaqlarımızı düşmən tapdağından azad etdik. Düşməni kaputulyasiya aktı imzalamağa təhrik etdik. Bu gün Azərbaycan qalib ölkədir və illərdir həsrətində olduğumuz torpaqlarımıza qovuşmuşuq”.

Azərbaycan və Türkiyəyə qarşı təzyiqlərdən bəhs edən deputat qeyd edir ki, bu təzyiqlər nəticəsiz qalacaq: “Bu gün həm Türkiyə, həm də Azərbaycan güclənir. Tarixin heç bir mərhələsində baş verməyən səviyyədə birlik nümayiş etdirirlər. Regionda həlledici təsir gücünə malikdirlər. Təbii ki, bu birlik regionda öz çirkin maraqlarını həyata keçirmək istəyən qüvvələr üçün arzuolunan deyil. Onlar hər vəchlə buna mane olmağa çalışırlar. Lakin unudurlar ki, Azərbaycanın hərbi qələbəsinin ardınca iki qardaş dövlətin diplomatik və iqtisadi qələbələri də olacaq. Bunlar isə hələ qarşıdadır. Bu səbəbdən yuxuları hələ çox ərşə çəkiləcək” deyə Milli Məclisin üzvü fikirini yekunlaşdırır.

// Azər Niftiyev, TİA.AZ