Tribuna İnformasiya Agentliyi

Deputat Əsədovla mübahisə etdi: Vaxtında lazım idi

13 Fevral

Milli Məclisin “Bələdiyyələrin statusu” Qanununa dəyişikliklərin müzakirəsi spiker Oqtay Əsədovla Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə arasında mübahisəyə səbəb olub.

Axar.az xəbər verir ki, A.Rəhimzadə Ədliyyə nazirinin müavini Vilayət Zahirovun hesabatından sonra komitə sədrinə çıxış üçün söz vermədiyinə görə spiker Oqtay Əsədova etiraz edib:

“Mən danışmaq istəmirəm, vaxtında söz vermək lazım idi”.

Spiker isə bildirib ki, komitə sədri müzakirədə çıxış etmək istəyirsə, əvvəldən yazılmalı idi:

“İstədiyiniz vaxt çıxış üçün yazılıb fikrinizi bildirə bilərsiniz”.