“Dənizkənarı Bulvar İdarəsi inhisarçı siyasət aparır”- ŞİKAYƏTbackend

“Dənizkənarı Bulvar İdarəsi inhisarçı siyasət aparır”- ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ bildirir ki,Orxan Əkbərov adlı vətəndaş  Dənizkənarı Bulvar İdarəsini inhisarçılıqda ittiham edir. Bu barədə sosial şəbəkə hesabında yazan vətəndaş iddia edir ki, bulvar ərazisində yalnız bulvarın özündən kirayə götürülən scooteri sürməyə icazə verilir:

“Dünən, dostumla Neftçilər prospektində,  pulumuzu ödəyərək elektrik scooter kirayə götürdük. Yeraltı keçidlə Dənizkənarı Bulvara keçdik və yeni bulvarda velosiped və scooterlər üçün ayrılmış yerə getdik. Elə təzə başlamışdıq prosesdən zövq almağa DBİ-nin mühafizəsi başladı hər addım başı bizi saxlamağa. Səbəb sadə idi, scooteri Bulvardakı kirayə yerindən götürməmisinizsə burda sürməyə icazə yoxdu.

Deyirəm skuter özümündü, deyir sübut elə, yəni cibində scooteri aldığına dair çeklə gəz. Uzun uzadı yazmağa ehtiyac yoxdu, məntiqsizlik məsələnin hər bir hərfində özünü göstərir.

Bulvar ictimai yerdir və buna baxmayaraq DBİ niyə belə inhisarçı siyasət apararaq əhalini narahat edir?”

Aytac Sahəd

TİA.AZ