Dənizdə batan şəhid oğlunun meyiti tapıldıbackend

Dənizdə batan şəhid oğlunun meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

28 iyul 2022-ci il tarixində axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

TİA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.