“Dəniz kənarındakı bütün qanunsuz tikililər söküləcək” – RƏSMİbackend

“Dəniz kənarındakı bütün qanunsuz tikililər söküləcək” – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndilikdə dəniz kənarındakı qanunsuz tikililərin sökülməsi prosesinin birinci mərhələsi üzrə işlər aparılır”.

Bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Xəzər sahilinin qanunsuz hasarlardan təmizlənməsi prosesinin necə getdiyinə aydınlıq gətirərkən deyib:

“Hazırda bu istiqamətdə iş Buzovna qəsəbəsində gedir. Hələ ki, birinci mərhələ üzrə işlər gedir. O barədə əlavə məlumat verəcəyik. İkinci mərhələdə qanunsuz hasarların sökülməsi prosesinin hansı ərazilərdə aparılacağı barədə isə heç nə deyə bilmərəm. Bu barədə məlumatım yoxdur. İndilikdə Buzovna qəsəbəsində dəniz kənarı qanunsuz tikililərdən təmizlənir.

“Azad İstehlakçılar” İctimai Birliyinin sərdi Eyyub Hüseynov isə dənizin qanunsuz olaraq hasarlanmasına qarşı mübarizənin hansı şəkildə aparılması vacibliyindən danışaraq, burada ictimai qınağın mühüm rol oynayacağı qənaətindədir:
“Bu sahədə əsaslı dönüşə nail olmaq üçün ciddi ictimai qınaq olmalıdır. Qanunsuz şəkildə Xəzər dənizi sahillərini satanlar qanun çərçivəsində cəzalandırılmalıdırlar. Məsələ hökumət səviyyəsində həllini tapmalıdır. Ola bilər tikilən binalar yerində qalsın, amma onlar uşaq, əlil evlərinə, qazilərə verilməlidir.
Bununla bağlı qeyri-hökumət təşkilatları İctimai Nəzarət Koalisiyası yaradıb, ictimai nəzarətin effektli işləməsi üçün isə ilk növbədə dənizin qanunsuz olaraq hasarlanmasına son qoyulması məsələsindən başlamalıyıq. Azərbaycanda turizmi inkişaf etdirmək istəyiriksə, dənizi hasarlardan xilas etməliyik. Həmin yerlərdə müxtəlif turist firmaları fəaliyyətə başlamalı, otellər tikilməlidir”.