Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB-yi seminar təşkil etdi-FOTObackend

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB-yi seminar təşkil etdi-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB-yi fəaliyyət planına uyğun olaraq Zəngilan rayonu 13 nömrəli tam orta məktəbdə “Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsi çərçivəsində “İlham Əliyev və qüdrətli Azərbaycan” mövzusunda ilk seminarını təşkil etdi.

TİA.AZ bildirir ki,tədbir başlamamışdan əvvəl şagirdlər qeydiyyatdan keçdilər.

Sinif rəhbəri iştirakçıları salamladı və tədbiri açıq elan edəndən sonra  hamı birgə ayağa qalxaraq Azərbaycan Respublikasının himnini oxudu.

Sonra 44 günlük vətən savaşında , ümumiyyətlə Qarabağ və ərazi bütövlüyümüz uğrunda canından keçmış şəhidlərin xatirəsini yad etmək məqsədilə hamını bir dəqiqəlik sayqı duruşuna dəvət etdi.

Sonra Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB-nin  sədri Əli Cəfərova söz verildi. O, bir daha şagird və iştirakçıları salamladı və uşaqlarla tanış oldu. O  layihənin həyata keçirilməsində onlara malliyə dəstəyi verən Azərbaycan Respublikası QHT Dövət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirdi. Şagirdlərlə qısa tanışlıqdan sonra layihə rəhbəri təlimin məqsəd və vəzifələri haqqında qısa məlumat verərək bildirdi:

”8 Noyabr Zəfər gününün, ümumilikdə 44 günlük Qarabağ savaşı – Vətən Müharibəsi Azərbaycanın ən qürurverici səhifələrindən olaraq salnamə tariximizdə xüsusi yer tutur. Tarixən bu məsələlərdə buraxılan boşluqlardan nəticə çıxarmalı, yeniyetmələrin müstəqil Azərbaycanın vətəndaşı kimi öz milli dəyərlərinə sahib çıxmalarına, öz qəhrəmanlarını, qəhrəmanlıq nümunələrini, əzəli və əbədi yurd yerlərini , tarixi- mədəni abidələrini tanıyıb-bilmələrinə nail olmalıyıq. Məhz bu yolla onların ölkəmizin müqəddəs şəhid qanı ilə yoğrulmuş hər qarış torpağının və milli kimliklərinin qədrini bilmələrinə çalışmalıyıq.Təlimçı Zəfər tarixi ilə bağlı uşaqların biliklərini yoxlamaq məqsədilə uşaqlara aşağıdakı sualları verdi: sizcə milli şüur nədir?, Haradan başlayır vətən?, Hansı rayonlarımız ermənilər tərəfindən işğal olunmuşdu?, Şuşa şəhəri haqqında nə bilirsiniz?, 44 günlük vətən şavaşı nə zaman başladı?, Asudə vaxt nədir?, Ali Baş Komandan kimdir?, Xaricı siyasət deyəndə nə başa düşürsünüz? Və sair suallar verməklə şagirdləri mövzuya istiqamətləndirdi. Sagirdlərdən Quluzadə Nigar, Dəmirzadə Fidan, Əhmədov Ziyad və Abbaszadə Yusif suallara cavab verdilər.

Daha sonra təlimçı 2020-ci il iyulun 12-də Ermənistan – Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində ermənilər tərəfindən törədilən təxribatlardan və sərhədlərimizə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması haqqına məlumat verərək bildirdi kı,Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

Daha sonra təlimçı son 17 ildə Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət haqqında uşaqları məlumatlandırdı. O bildirdi ki, müharibədə qələbənin başlıca rəhni Cənab prezident,Ali baş komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Təlimçi həmiçinin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9 -dək 5 şəhər,4 qəsəbə,286 kəndin işğaldan azad edildiyini bildirdi. Eyni zamanda Cəbrayılın 90 kəndi, Füzulinin 53 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kənd,Tərtər, Qubadlının 41 kəndi,Xocalı rayonunun 9 kəndi Şusa və Laçın rayonunun kəndlərinin düşmən əsarətindən azad olunduğunu bildirdi.

Sonra təlimçi şagirdlərin mövzunu necə mənimsədiklərini müəyyən etmək məqsədilə sagirdlərlə sual cavab etdi. Şagirdlərdən Nigar, Fidan , Yusif və s daha fəal iştirak edirdilər.

Tədbirdə foto və videoçəkliş oldu.