Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi “Zəfər tarixi” layihəsini yekunlaşdırdıbackend

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi “Zəfər tarixi” layihəsini yekunlaşdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əli Cəfərov: “Məni xüsusilə sevindirən gənclərimizin öz tarixinə, keçmişinə biganə olmamasıdır

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına  Dövlət  Dəstəyi  Agentliyinin  maliyyə dəstəyi ilə “Zəfər Tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsini yekunlaşdırıb.  Öz zamanına və həyata keçirilən məkanına görə çox maraqlı bir dövrü əhatə edən bu layuhə ilə bağlı hansı işlər görüldü? Layihə vətənpərvərliyin xüsusi bir çaları kimi öz hədəflərinə çata bildimi?

İctimai birliyin və “Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsinin rəhbəri Əli Cəfərovla görüşüb söhbətləşməyimizə əsasən bu tipli suallarımıza cavab tapmaq istəyimiz vəsilə oldu. Əvvəlcə birlik sədrindən rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı olan Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin QHT sektorunda yeri, mövqeyi və mütəmadi olaraq vətənpərvərlik istiqamətli layihələrə üstünlük verməsinin səbəblərini soruşduq:

İctimai Birliyin adından da məlum olur kı, təşkilatımızın demokratik ideyaların təbliği işləri ilə yanaşı, əsas hədəflərindən biri də cəmiyyətimizdə milli-mənəvi dəyərlərin qorunması , eyni zamanda təbliğidir. Bu isə təbiidir. Çünki milləti yaşadan əsas amillərdən biri onun milli-mənəvi dəyərləri, adət-ənənələrinin qorunması və fəlsəfi düşüncələrinin inkişaf etdirilməsidir. Bir millətin var olması üçün bu əsas elementlər vacibdir. Uzun zaman bizi məhv etmək üçün dilimizi, əsrlərdən süzülüb gələn adətlərimizi məhv etmək istəyiblər, amma bunu bacarmayıblar. Çünkü bizi yaşadan ruhumuzun qaynağı olan mənəviyatımızdır. Sualın ikinci hissəsinə gəldikdə isə onu deyə bilərəm kı, vətənpərvərliyin mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğu millətin etnik, mədəni, siyası və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və milli qürur kimi də hallanır. Bu da vətəni sevmək, vətənin mədəni incilərini qorumaq, vətən və öz xalqının maraqlarını qorumaq kimi amilləri özündə ehtiva edir. Vətənpərvərlik öz ana torpağına bağlılıq və dövlətçilik qürurudur. Vətənpərvərlik hissləri milli-azadlıq və müharıbələr ərəfəsində daha qabarıq şəkildə özünü büruzə verir. Bu nöqteyi-nəzərdən torpaqları , milli inciləri işğal olunmuş bir şəxs və təşkilat rəhbəri olaraq vətən sevgisi, vətənpərvərliyin təbliğı bizim əsas qayəmizdən biridir, hətta deyərdim kı, birincisidir.

Bir vacib məqamı da xüsusi qeyd etmək istəyirəm. Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi yarandığı gündən bütün fəaliyyəti boyu təhsil, elm, ekologiya, vətənpərvərlik tərbiyəsinin təbliği ilə bağlı kifayət qədər layihələr icra edib. Birliyimiz eyni zamanda vətəndaş cəmiyyətinin bir üzvü olaraq cəmiyyətimizdə gedən proseslərə heç zaman biganə qalmayıb, dövlət və dövlətçilik məsələlərində öz obyektiv mövqeyini ortaya qoyub. Təşkilatımız bundan sonra da dövlətimiz və xalqımız üçün önəmli problemlərin həllinə heç zaman biganə qalmayacaqdır.

 – “Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili”… Çox maraqlı bir ideya və zamanında atılmış bir addımdı. Bu ideyanın yaranması hansı məqsədlərdən qaynaqlandı?

– Vətən müharibəsindəki qalibiyyət tariximiz yeni nəsillərin milli şüurunda, dilində, adət-ənənəsində, vətənpərvərlik duyğularında, eləcə də müasir dünyada yaşayan bütün azərbaycanlıların həyatının, gələcəyinin vətənpərvər ruhda formalaşmasında müstəsna rol oynayacaqdır. Bilirsiniz kı, 30 ilə yaxın bir zamanda öz havadarlarına arxalanan hay töküntüləri bizim dədə-baba torpaqlarımızı işğal etmişdi. Düz 30 il idi ki, biz Vətən həsrəti çəkirdik. İşğal olunmuş ərazilərimizin mədəni-abidələri dağıdılmış, təbiəti məhv edilmiş, fauna və floramıza ciddi ziyan vurulmuş, 100 minlərlə insanlarımız öz doğma yurdundan didərgin salınmışdı. Qadınlarımıza, uşaqlarımıza qarşı əxlaqsızcasına davranışlar baş vermişdi. Təbi kı, biz bunu nə unuda, nə də həzm edə bilərdik. Biz qisas zamanını gözlədik. Və nəhayət kı, zaman gəlib çatdı. Rəşadətlı Azərbaycan ordusu torpaqlarımızı düşməndən azad etdi. Bu bir tarixi qələbə, eyni zamanda Zəfər bayramı idi. Biz bu tarixi qələbəni yaddaşlara hopdurmaq, onun mahıyyətini gənclərə izah etmək kimi bir misiyanı üzərimizə götürdük və layiqincə də yerinə yerirə bildik.

– Əli bəy, layihənin əhatə dairəsi əsasən şagirdlərdir. Şagirdlərin Zəfər tariximizə və ümumiyyətlə Qarabağ mövzusuna münasibəti qaneediciydimi?

Bəli, müəyyən qədər bu sahədə iş gedir. Dövlət tərəfindən aparılan təbliğat yönümılü işlər normaldır. Dövlət orqanları ilə yanaşı vətəndaş cəmiyyətinin nümayəndələri, əsasən də QHT-lər bu istiqamətdə uğurlu işlər görməlidirlər. Bu başdan onu da qeyd edim kı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına  Dövlət  Dəstəyi  Agentliyinə bizə bu cür gözəl layıhının həyata vəsiqə almasında malıyyə dəstəyinə görə təşəkkür edirəm. Bəli qeyd etdiyiniz kimi layihənin əsas əhatə dairəsi şagirdlər, bütövlükdə isə azərbaycan cəmiyyətidir. Biz layıhəmizi 13 nömrəli Zəngilan tam orta məktəbində reallaşdırdıq. Onu deyə bilərəm kı, şagirdlərin Zəfər tariximizə və ümumiyyətlə Qarabağ mövzusuna münasibəti müsbətdir. Onlar öyrənməyə meyillidirlər. Sadəcə olaraq bu istiqamətdə onlarla davamlı olaraq iş aparılmalıdır. Məni xüsusilə sevindirən o oldu ki, bizim gənclərimiz öz tarixinə, keçmişinə biganə deyillər. İnanıram kı, apardığımız iş mütləq öz bəhrəsini verəcəkdir.

– Məlumatımızca uşaqların “Hərbi qənimətlər muzeyi”nə səfərini təşkil etmisiz layihə çərçivəsində. Onların bu muzeyə yanaşması və təəssüratlarını oxucularımızla bölüşməyinizi istərdik…

-Siz bilirsiniz, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Bu tarix xalqımızın qürur tarixidir. 44 gün ərzində Azərbaycan ordusu 30 il torpaqlarımızı talayan düşmən ordusunu və onlara məxsus döyüş texnikasını məhv etdi. Şanlı ordumuzun əsgərləri düşmənin vaxtı ilə öyündüyü silah və texnikalarını hərbi qənimət kimi Bakıya gətirdilər. Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə yaradılan Hərbi Qənimətlər Parkı 12 aprel 2021-ci ildə prezident İlham Əliyevin iştirakı ilə açılmışdır. Bu park ikinci Qarabağ müharibəsində qazanılan zəfərin memarlıq və qəhrəmanlıq kompleksidir. Hərbi Qənimətlər Parkının yaradılmasında məqsəd Azərbaycan ordusunun qələbəsinin, kimlərəsə  arxalanan, qorxaq düşmənin isə məğlübiyyətinin əyani göstəricisidir. Hərbi Qənimətlər Parkı Azərbaycan xalqı və onu dəstəkləyən dost ölkələr üçün bir qürur yeridir, ermənilər üçünsə göz dağıdır. Müharibədən əvvəl ermənilər belə bir fikir söyləmişdilər kı, tezliklə tanklarımız Bakı küçələrində olacaq. Bəli, bu gün erməni tankları, piyada döyüş maşınları, digər texnika və silahları Bakıdadır. Və onlar Ermənistanın məğlubiyyətinin, Azərbaycanın isə Zəfərinin nümayişidir. Parkda olmaq, parkla tanışlıq və eləcə də təlimçimiz, çox hörmətlı tarixçı Həqiqət müəllimənin uşaqlara verdiyi bilgilər çox müsbət təsir bağışladı. Onlarda vətənpərvərlik duyğularını inkişaf etdirdi. Biz parkda şagirdlərimizə canlı dərs keçdik. Eyni zamanda   şagirdlərdən Novruzov Rəhman, Nəsənova Zəhraxanım, Dəmirzadə Fidan və Əli Cəfərzadə vətənpərvərlik mövzusunda seirlər söylədilər.Tədbirdə məktəbin direktoru Şəhla xanım Həsənova, müavin Səmədova Aynur, tərbiyə işləri üzrə müavin Rəsulova Aytən və digər müəllimlər iştirak edirdilər. Bu cür tədbirləri davam etdirmək nəinki lazım, hətta hər şeydən vacibdi.

– Əli bəy, gələcəkdə bu layihənin əhatə etdiyi srektri digər müvafiq mövzularla davam etdirmək niyyətiniz varmı?

-Bəli var. Layihənin icrası zamanı biz şagirdlərimizdə vətənpərlik, vətənə bağlılıq, vətən sevgisi hislərinin güclü olduğunu hiss etdik və bunun canlı şahidləri olduq. Eyni zamanda onun da şahidi olduq kı, şagirdlər arasında xüsüsi istedada sahib usaqlar var və onlara diqqət və qayğını artırmaq zəruridir. Bu cür usaqları məktəbdə keçirilən dərslər tam qane etmir.  Onlara əlavə olaraq öz istedadlarına uyğun təlimlər təşkil etmək lazımdı. Düşünürəm kı, növbəti layıhələrimizdə bu istiqamətdə işlər aparmaqla xüsusi istedadlı sagirdləri vətənpərvərlik mövzusuna, Zəfər tariximizə istiqamətləndirə bilməyimiz çox  müsbət nəticələrə səbəb olardı.

– Bu nəcib, vətənpərvər işlərinizdə sizə uğurlar diləyirik.

-Çox sağ olun.