Tribuna İnformasiya Agentliyi

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB vətənpərvərlik layihəsini şeir müsabiqəsi ilə yekunlaşdırdı-FOTO

06 İyun

Əli Cəfərov: “Atatürkün kəlamı bu aspektdə çox yerinə düşür: “Öz milli mənliyini bilməyən uluslar başqa uluslara yem olurlar””

TİA.AZ bildirir ki,Demokratiyanın və Milli Dəyərlərin Təbliği İçtimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə başladığı layihə çərçivəsində Bakı şəhəri 64 saylı tam orta məktəbdə keçirilən “Məktəblərdə şagirdlər arasında vətənpərvərlik hissinin aşılanması istiqamətində sinifdənxaric fəaliyyətin təşkili” mövzusunda həyata keçirilən layihənin  sonuncu mərhələsini məktəbin akt zalında reallaşdırdı.

Uğurla başa çatdırılan layihəyə bütövlükdə son nöqtəni qoyan təlimə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlanıldı. Layıhə rəhbəri, İctimai Birliyin sədri Əli Cəfərov sagirdləri salamladıqdan sonra bir daha layihənin məqsəd və vəzifələri haqqında onlara qısa məlumat verdi. Məlum oldu ki, bu mövzuda layihənin həyata keçirilməsini zərurətə çevirən əsas və çox ciddi səbəblər olmuşdur: “Cəmiyyətimizdə apardığımız müşahidə və ayrı-ayrı səviyyələrdəki müzakirələrimiz şagird və gənclərimizlə bağlı mənzərəni əyani şəkildə ortaya çıxarır. Belə ki, yeniyetmə-gənclər zaman keçdikcə təkcə 20 Yanvar faciəəsi və Qarabağ probleminə deyil, bütövlükdə tariximizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımıza, mədəniyyətimizə və s. qarşı laqeydləşir. Bunlar əsasən gənc nəslin daha çox sosial şəbəkələrin burulğanında yaşamaları, ətraflarında və tarixlərində baş verənlərə çox səthi yanaşmaları, yalnız kosmopolit baxışlarla öz həyatlarına davam etmək istəmələri, qeyd etdiyimiz dəyərlərdən heç bir nəticə çıxarmaq istəməmələri və bütün bunların nəticədə onların özlərinin və xalqımızın, dövlətimizin hansı itkilərlə üzləşmələrə səbəb olacağını anlamadıqlarından irəli gəlir. Səbəb… səbəbsə birmənalı olaraq onların vətənpərvərlik hisslərindən uzaq düşməsi və ya cəmiyyətimizdə kütləvi biganəliyin hökm sürməsidir. Eyni zamanda müsahidələr zamanı digər bir cəhət də diqqətimizi cəlb edir ki, bu laqeydliklər həmçinin iradə baxımından zəif olan yeniyetmə gənclərimiz arasında özünü daha çox büruzə verir. Onlarda vətənə, doğma yurda bağlılıq çox aşağı səviyyədədir. Şübhəsiz ki, bütün bunlar təbliğat maşınının zəif olmasının nəticəsidir. Əks təqdirdə bizim müəyyən qism gənclərimizin xalqımızın, dövlətimizin azadlıq və müstəqilliyi uğrunda mübarızə aparmış Milli Qəhrəmanlarımız və Şəhidlərimiz haqqında məlumatları belə aşağı səviyyədə olmazdı. Bu yerdə mən Mustafa Kamal Atatürkün məhsur kəlamını xatırlamaq istəyirəm. O deyirdi: “öz milli mənliyini bilməyən uluslar başqa uluslara yem olurlar””.

Daha sonra Ə. Cəfərov usaqlara müraciətlə dedi: “Bilirsinizmi ki, yaşadığımız bu tarixi günlər bizim üçün nə qədər əziz günlərdi?! Biz bu gün çox bpyük fəxarət hissi ilə bizim bütün dünyada varlığımızı təsdiq edən cümhüriyyətimizin yaranışının 100 illiyini qeyd edirik. 1918-ci il may ayının 28-də biz öz müstəqilliyimizi elan etməklə müstəqil bir dövlət kimi dünyada öz varlığımızı təsdiq edə bilmişik”. Natiq sonra bildirdi ki, təlim proqramına uyğun olaraq layihənin proqramına müvafiq vətənpərvərlik və vətən sevgisi mövzusunda  məktəbdə bədii qiraət müsabiqəsi təşikil edilməlidir. Bu məqsədlə artıq şagirdlərin iştirakilə məktəb üzrə seir söyləmək həvəsində olan sagirdlərdən ibarət qrup yaradılmışdır. Sizlərlə bu konteksdə Bakı Usaq Teatrının aktyorları işləyib və sizləri seir müsabiqəsinə hazırlaşdırıb. Biz isə təşkilatımız, Bakı Usaq Teatrı və məktəb təmsilçilərindən ibarət aşağıdakı tərkibdə Cəbrayılov Aysel,Ağalarova Mirsəkinə,Gülər Ləzgiyev və Məmədova Gülnaz xanımdan ibarət münsiflər heyəti yaratmışıq. İnanırıq ki, münsüflər heyəti ədalətli seçim edərək  yaxsı seir və mahnı söyləyən  sagırdlərin qabiliyyətlərini ədalətli dəyərləndirəcəkdiur. Bədii qiraət müsabiqəsi zamanı 1 nəfər 1-ci yer, 2 nəfər 2-ci yer, 3 nəfər 3-cü yer ugrunda mübarızəsi aparacaqdır. Eyni zamanda yaxsı mahnı söyləyən gənglərimiz də bizim diplomlarımıza layıq görüləcəkdir. Mən  bizə şərait yaratdığına görə 64 saylı tam orta məktəbin rəhbərliyinə və usaqlarla fəal və urəkdən məsğul olub onları müsabiqəyə hazırladıqlarına görə başda Əməkdar Artistimiz İntiqam Soltan olmaqla Bakı Usaq Teatırının truppasına öz təşəkkürümüzü bildiririk. Bizim aktyorlar tərəfindən yüksək emosional bir şəraitdə sağirdlərə çatdırılmış şeir nümunələri ilə onların əxlaqi keyfiyyətlərinə nüfuz imkanı əldə etmış olduq. Sevindirici hal odur ki, bütün bunlar yeniyetmələrin həyata baxışlarının müsbət mənada dəyişmələrinə – vətənə, millətə, dövlətə sevgi hislərinin güclənməsinə gətirib çıxaracaq.

Sonra tədbir usaqların müsabiqəyə hazırladıqları seirlərlə davam etdirildi. Seir müsabiqəsi sona çatdıqdan sonra münsiflər heyətinin istirakilə təşkilatın hazırladığı həvəsləndirici diplomlar usaqlara təqdim edildi.  Seir müsabiqəsində Məmədova Aysu 1 ci yer, Əliyev Məhəmməd və Əliyevə Pəri 2 ci yer, Həsənova Münəvər, Məmmədov Hüseyin və Novruzova Fatimə 3 cü yerə çıxdılar.

Tədbirin sonunda  Demokratiyanın və Milli Dəyərlərin Təbliği İçtimai Birliyinin sədri Əli Cəfərov bildirdi ki, biz layihənin icrasını xüsusilə 7- 8-ci sinif sagirdləri arasında keçirməyi nəzərdə tutduq. Ona görə  nəzərdə titduq ki, bu yas dövründə  məktəblilər “haqq”, “ədalət”, “vicdan”, “şərəf”, “namus”, özlərinin kimliyi, mənsubiyyəti haqqında daha çox düşünür, kimin haqlı, kimin haqsız olması kimi suallar ətrafında baş sındırırlar. Ona görə də düşünürük ki, şagirdlərdə elə bu yaş dövründə milli şüurun da formalaşdırılması mümkündür. Eyni zamanda bu yaş dövründə yeniyetmələrdə milli vicdanın oyanış vaxtıdır. Bu isə bir azərbaycanlı olaraq onların həyat tərzinin müsbət istiqamətdə dəyişməsi ilə sonuclanar, onlarda doğma yurd, Vətən sevgiləri artar, ən başlıcası isə bu kimi hissləri, bilikləri realizə və əhatə dairələrində təbliğ etmək üçün içtimai fəallıqları da güclənər.Və hesab edirəm ki, biz bu isin öhdəsindən lazımınca gələ bildik.

Daha sonra Əli Cəfərov bir daha təkrarən heç zaman unutmayacağımız bir şüarı təkrarən şagirdlərin diuqqətinə çatdıraraq bildirdi ki, “Qarabağ dünənin, bu günün, sabahın problemidir. Bu mövzuda təlimlərin, tədbirlərin orta məktəblərdə təbliği uşaqlarda Vətənə, ətraf mühitə, ailəyə, cəmiyyətə sevgi hisslərini aşılayır, bununla yanaşı onları şəxsiyyətyönümlü bir vətəndaş kimi formalaşmağa sövq edir”.

Sonda layihə rəhbəri təlimlərə bütün dəstək verənlərə və təlim iştirakçılarına rəhbərlik etdiyi İctimai Birlik və şəxsən öz adından təşəkkür etdi.

TİA.AZ