DƏMİR QÜBBƏ NECƏ İŞLƏYİR?backend

DƏMİR QÜBBƏ NECƏ İŞLƏYİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəmir Qübbə- İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir.
TİA.az Dəmir Qübbənin iş prinsipi ilə bağlı bəzi məlumatları təqdim edir:

Sistem necə işləyir?

Dəmir Qübbə gecə-gündüz və hər cür hava şəraitində işləmək üçün nəzərdə tutulub. Onun daxilində təhlükəni aşkarlayan radar sistemi var. Bu radarlar gələn raketin nə dərəcədə təhlükə yaratdığını müəyyənləşdirir. Atılan raket yaşayış məntəqələrinə və ya vacib infrastruktur obyektlərinə yönəldilirsə, onu məhv etmək üçün bir raket göndərilir.
Bu raketlər mobil bölmələrdən və ya sabit nöqtələrdən atıla bilər və içərisindən keçən raket havada məhv edilir.

Məlumata görə, Qəzza zolağından atılan raketlərin biri ortalama 1000 dollara başa gəlirsə, “Dəmir qübbə”də istifadə olunan Tamir raketinin birinin qiymətinin 40 min dollardan 100 min dollara qədər olduğu iddia olunur.

Ötən həftə ərzində Qəzza zolağından 3 minə yaxın raket atılıb. Bu qədər raketin qarşısını kəsmək üçün 120 milyon dollardan 300 milyon dollara qədər qiymətdə Tamirə ehtiyac yaranıb. Tamirlər çox bahalı olduğuna görə, sadəcə yaşayış məntəqələrinə doğru atılan raketlərə qarşı istifadə olunur. Tamirlərin çox bahalı olması “Dəmir qübbə”nin zəif nöqtəsi hesab olunur.

Xatırladaq ki, İsrail Dəmir Qübbə sistemini ilk dəfə 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirib. Bu sistem ilk dəfə 7 aprel 2011-ci ildə Qəzzadan atılan Qrad raketlərini məhv etmişdi. 2012-ci ildə ‘’Yerusəlim Post’’da yer alan məlumata əsasən Dəmir Qübbə Qəzza zolağından əhalinin sıx məskunlaşdığı ərazilərə atılan raketlərin 90%-ni zərərsizləşdirib.

Aytac Sahəd

TİA.az