“Demarkasiya prosesi illərlə çəkə bilər” – David Babayanbackend

“Demarkasiya prosesi illərlə çəkə bilər” – David Babayan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Biz istənilən görüşü ona görə keçiririk ki, müharibədənsə dialoqa üstünlük veririk”.
TİA.AZ xəbər verir ki, bu barədə qondarma rejimin xarici işlər naziri David Babayan noyabrın 26-da baş tutacaq Paşinyan-Putin-Əliyev üçtərəfli görüşü ilə bağlı müsahibəsində deyib.
Qondarma rejimin xarici işlər nazirinin sözlərinə görə, “heç nədən asılı olmayaraq, biz elə nəticələr əldə etməliyik ki, təhlükəsizliyimizə, gələcəyimizə təhlükə olmasın”.
David Babayan hesab edir ki, görüş zamanı əsas diqqət sülhün və sabitliyin qorunmasına yönəldiləcək.
ER-ı baş nazirinin Rusiyanın demarkasiya və demilitasiya ilə bağlı təkliflərinin erməni tərəfi üçün məqbul olduğu barədə bəyanatına istinad edərək, görüş zamanı həmin proseslərə başlamaq üçün sənədin imzalanması mümkündürmü sualına, David Babayan bildirib ki, “Bəzi komissiyaların yaradılması istisna edilmir, lakin başa düşmək lazımdır ki, demarkasiya prosesi kifayət qədər mürəkkəbdir və illərlə çəkə bilər”.