Tribuna İnformasiya Agentliyi

Dəhşətli qəza: Təyyarə evə çırpıldı

25 Mart

ABŞ-ın Corciya ştatında yüngülmotorlu təyyarə yaşayış evinə çırpılıb. 

ABŞ-ın Corciya ştatında yüngülmotorlu təyyarə yaşayış evinə çırpılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Foks Nyus” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə təyyarənin havaya qalxdığı Kobb Kaunti aeroportundan 2,5 kilometr aralıda baş verib. Qəza zamanı təyyarənin pilotu həlak olub.

Hadisə baş verən anda təyyarənin çırpıldığı evin sakinləri kilsədə olublar. Qəzanın dəqiq səbəbləri məlum deyil.