Defibrillyatorun yaradıcısı 100 yaşında vəfat edibbackend

Defibrillyatorun yaradıcısı 100 yaşında vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı həkim-kardioloq, ilk effektiv defibrillyatorun yaradıcısı Bernard Laun 100 yaşında vəfat edib.

TİA.AZ  “New York Times”a istinadən xəbər verir ki, bunu alimin yaxınları bildirib.

Onun nəvəsi Ariel Laun Leviton babasının pnevmoniyadan və konjestiv ürək çatışmazlığından əziyyət çəkdiyini deyib.

Qeyd edək ki, Bernard Laun 1921-ci ilin iyunun 7-də Litvada doğulub. 1962-ci ildə həkim Laun anormal ürək döyüntülərinin korreksiyası üçün fibrilasiya adlı yeni bir metod ixtira edib. Bu, on illərdir uğursuz cəhdlərdən sonra açıq ürək əməliyyatının mümkün olmasına kömək edib. B.Laun 1985-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.