Dəfələrlə Göygöl icra hakimiyyətinə müraciət etsə də… – Daha bir qazi HARAYI(VİDEO)backend

Dəfələrlə Göygöl icra hakimiyyətinə müraciət etsə də… – Daha bir qazi HARAYI(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş Göygöl rayon sakini, Əliyev Fərid Əli oğlu özünə qarşı biganəlikdən və haqsızlıqlardan şikayətçidir.
20 yaşlı qazimizin sözlərinə görə, 2019-cu ilin aprelindən 2020-ci ilin aprelinədək həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət dövrü 44 GÜNLÜK VƏTƏN SAVAŞIna təsadüf etdiyindən Qubadlı, Füzuli və Şuşa uğrunda gedən döyüşlərə o da qatılıb. 8 noyabr 2020-ci ildə – ZƏFƏR GÜNÜndə Şuşanın azadlığı uğrunda döyüş tapşırığını cəsarətlə yerinə yetirərkən düşmən tərəfindən atılan minamyotun partlaması nəticəsində qolundan və ayağından ağır yaralanıb. Qazi Fərid Əliyev Bakıdakı Hərbi Hospitalda müalicələrə cəlb olunsa da, cərrahi əməliyyatla bədənindəki qəlpənin yalnız bir neçəsi çıxarlılıb, qolunda isə hələ də 10-a yaxın qəlpə qalıb.

Qazinin bildirdiyinə görə, sağ qolunun çiyin və dirsək nayihəsində olan qəlpələr onun sağlamlıq imkanlarını məhdudlaşdırır. Fərid Əliyev sağ əlinin aşağı ətrafındakı uyuşmalardan və küt ağrılardan əziyyət çəkdiyini, bu səbəbdən əmək qabiliyyətinin də pozulduğunu deyir.
Qazinin əlində olan rəsmi sənədlərə görə də, “Travma haqqında” 9 noyabr 2020-ci il tarixdə 181 saylı Hərbi Hissə komandirinin təsdiq etdiyi arayışa əsasən Əliyev Fərid Əli oğlu həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən “sağ qolun və sol ayağın qəlpə yarası” xəsarətlərini almışdır.

Qazinin dediyinə görə, təxris edildikdən sonra onunla heç kəs maraqlanmır, nə Göygöl icra hakimiyyəti rəsmiləri, nə də aidiyyatı dövlət qurumu yetkililəri onun sağlamlıq durumunun dəyərləndirilməsini, ona əlilliyin təyin edilməsini həyata keçirmirlər. Şikayətçinin hərbi biletində onun yaralandığına dair məlumatın olmaması da onun qazi kimi təqdimatında süni problemlər yaradır. Şikayətçi dəfələrlə müraciətlər etsə də ona heç bir maddi yardım göstərilməyib.

Qazi “cəsur döyüşçü” medalı, Qubadlının, Füzulinin və Şuşanın azadlığı uğrunda medalları ilə təltif edilib.
İnanırıq ki, qazinin problemləri öz ədalətli həllini tapacaqdır.

TİA.AZ qazinin videomüraciətini də təqdim edir: