backend

Defektoloq-loqoped Esmira Qafarovanın daha yeni bir uğuru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Defektoloq-loqoped Esmira Qafarova Türkiyənin bir çox bölgələrində seminarlara qatılıb.  Defektoloq-loqoped Esmira Qafarova Türkiyənin bir çox bölgələrində seminarlara qatılıb. 

AzFakt.com xəbər verir ki, defektoloq-loqopedin qatıldığı seminarlardan biri də Türkiyənin qədim şəhərlərindən olan Qaziantepdə baş tutub.  

Seminarda bir çox loqopedlər, psixoloqlar, təhsil işçiləri, mütəxəssislər və s. iştirak edib. Esmira Qafarova iştirakçıları həm praktiki, həm də nəzəri olaraq ətraflı məlumatlandırıb.
Qaziantepin “Umut Yıldızı Özel Eğitim ve Rehabilitasyon Merkezi”ndə baş tutmuş 2 günlük seminar uğurla sona çatıb.
Qeyd edək ki, defektoloq- loqoped Esmira Qafarova “Qüsursuz Nitq Korreksiya Mərkəzinin” və “Kekemer Azərbaycan”ın rəhbəridir. Eyni zamanda Esmira xanım 11 saylı xüsusi məktəbdə defektoloq-loqoped kimi çalışır və Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kollecində fəaliyyət göstərir. Esmira Qafarova önümüzdəki aylarda Balıkəsir və İstanbulda maarifləndirici seminarlara qatılacaq.