De Byazi: “Nə vaxt ki, 23 futbolçumuzun hamısı o cür mübariz olacaq…”backend

De Byazi: “Nə vaxt ki, 23 futbolçumuzun hamısı o cür mübariz olacaq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
DÇ-2022-nin seçmə mərhələsi çətçivəsində baş tutacaq Azərbaycan – Portuqaliya oyunu ərəfəsində millimizin baş məşqçisi Canni De Byazinin mətbuat konfransı keçirilib.
TİA.AZ AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italyan mütəxəssis bunları söyləyib:
“Heyətimizdə bəzi problemlər var. Maksim Medvedev, Rüstəm Əhmədzadə və Anton Krivotsyuk sabah məlum səbəblərdən oynaya bilməyəcək. Təxminən İrlandiya ilə görüşdəki oyunçulara şans verəcəyik. Heyətdə 1-2 dəyişiklik olacaq. Rəqib güclü olsa da, ümid sonda ölür. Ümidə yox, faktlara fikir verməliyik.
İrlandiya ilə oyunda qələbəni son dəqiqələrdə əldən verdik. Motivasiya baxımından bu qələbə bizə kömək edə bilərdi. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bir vacib məqamı da qeyd edim. İrlandiya ilə oyunda Rüstəm Əhmədzadə zədə aldı, yeriyə bilmirdi, bir ayağı demək olar yox idi. Meydanın mərkəzində o vəziyyətdə sürüşmə fəndindən yararlandı. Nə vaxt ki, 23 futbolçumuzun hamısı o cür mübariz olacaq, daha az məğlub olacağıq”.