De Byazi: “Həyatda heç nə bir gündə həll olunmur”backend

De Byazi: “Həyatda heç nə bir gündə həll olunmur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan – Lüksemburq oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında baş məşqçi Canni De Byazi fikirlərini bildirib.
Qaynarinfo xəbər verir ki, italyan mütəxəssis bunları söyləyib: “Əvvəlcə Zəfər Gününüz mübarək. Bəzi futbolçular zədə səbəbindən olmayacaqlar, ancaq bu, bəhanə deyil. Lüksemburq millisi yaxşı komandadır, 12 ildir eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Gənc futbolçuları səviyyəli komandalarda oynayır. Bizdə isə cəmi 8 klub var, çoxu da legionerlərə üstünlük verir. Təqribən 40 futbolçu arasından seçim edirik. Əsasən gənclərə şans verməliyik. Həyatda heç nə bir gündə həll olunmur.
Mert Çelikin problemi var. Onu bərpa etməyə çalışırıq ki, ehtiyat skayamız geniş olsun. Sabahkı oyunda heyətdə bəzi dəyişikliklər olacaq. Cəlal Hüseynov gənc oyunçudur. Çıxışını bəyənirəm. Qarşıdakı iki oyundan birində ona şans verməyi düşünürəm”.