DÇ-2022: Səbətlər müəyyənləşdibackend

DÇ-2022: Səbətlər müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabah DÇ-2022nin püşkatma mərasimi keçiriləcək.
TİA.AZ xəbər verir ki, artıq səbətlərin tərkibi bəlli olub. Birinci səbətdə Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə. İspaniya, Portuqaliya ilə yanaşı ev sahibi olduğu üçün Qətər də yer alıb.
I səbət: Qətər, Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya
II səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya
III səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis
IV səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, üç pley-off qalibi.
İyunda keçiriləcək pley-off oyunlarıdan sonra 3 komandanın adına aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya – Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.
DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.