DÇ-2022: Şahruddin Məhəmmədəliyev ən çox “seyv” edən iki qapıçıdan biridirbackend

DÇ-2022: Şahruddin Məhəmmədəliyev ən çox “seyv” edən iki qapıçıdan biridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin III turundan sonra statistik göstəriciləri açıqlayıb.

TİA.AZ-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev ilk oyunlardan sonra ən çox qurtarış edən iki qapıçıdan biridir.

27 yaşlı qolkiper yığmanın Portuqaliyaya 0:1 hesabı ilə uduzduğu ilk matçda 14, Serbiyaya 1:2 hesabı ilə məğlub olduqları görüşdə 5 “seyv”lə yadda qalıb. San Marinodan Elia Benedettini də 19 qurtarış edib. Lakin o, Məhəmmədəliyevdən fərqli olaraq, bunu 3 görüşdə bacarıb. Cəbəllütariqin çərçivə qoruyucusu Deyl Kilinq isə 18 “seyv”lə üçüncü pillədə qərarlaşıb.

Üç turdan sonra bombardirlik yarışına Serbiya yığmasından Aleksandar Mitroviç başçılıq edir – 4 qol. Onun komanda yoldaşı Duşan Tadiç 4 məhsuldar ötürmə ilə liderdir.

İspaniya millisindən Erik Qarsiya 3 matçda 327 dəqiq ötürmə ilə yadda qalıb.

Danimarka seçməsi (14 qol) 3 oyundan sonra ən çox fərqlənən komandadır.

Qapılar qarşısında ən çox təhlükəli vəziyyəti Niderland yığması yaradıb. “Narıncılar” bunu 91 dəfə bacarıb.