DÇ-2022: Millimiz bu gün növbəti matçını keçirəcəkbackend

DÇ-2022: Millimiz bu gün növbəti matçını keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün millimiz DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.
 
TİA.AZ xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda səfərdə Serbiyanın qonağı olacaq. Qarşılaşma saat 22.45-də Belqraddakı “Rayko Mitiç” stadionunda baş tutacaq.
Azərbaycan millisi bu matça itki ilə çıxacaq. Mahir Emreli koronavirus testi pozitiv çıxdığı üçün oynamayacaq.
Bu komandaların Bakıdakı duelindən serbiyalılar qalib ayrılmışdı – 2:1. Hazırda 1 xalı olan Azərbaycan millisi sonuncu – 5-ci pillədə qərarlaşıb. Serbiya isə 14 xalla hələlik qrup lideridir.
Qrupun digər matçında Portuqaliya doğma meydanda Lüksemburqla qarşılaşacaq.
CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Belçikadan olan hakimlər briqadası idarə edəcək:
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
22:45. Serbiya – Azərbaycan
Hakimlər: Erik Lambrexts, Rien Vanizer, Jo De Vayrdt, Natan Verboomen (Belçika)
Belqrad. “Rayko Mitiç” stadionu
Serbiya – 14, Portuqaliya – 13, Lüksemburq – 6, İrlandiya – 5, Azərbaycan – 1