DÇ-2022: Final mərhələsinin bütün iştirakçıları bəlli olubbackend

DÇ-2022: Final mərhələsinin bütün iştirakçıları bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatına sonuncu vəsiqənin sahibi müəyyənləşib.

TİA.AZ-ın məlumatına görə, sayca 32-ci iştirakçı komanda adını Kosta Rika yığması qazanıb.

Bu ölkə qitələrarası pley-off mərhələsinin final oyununda Yeni Zelandiyanı 1:0 hesabı ilə üstələyib.

Kosta Rika millisi DÇ-2022-də İspaniya, Almaniya və Yaponiya ilə birlikdə E qrupuna düşüb.

Qeyd edək ki, DÇ-2022 21 noyabr – 18 dekabrda təşkil olunacaq.