DÇ-2022: 32 iştirakçıdan 30-u müəyyənləşib – SİYAHIbackend

DÇ-2022: 32 iştirakçıdan 30-u müəyyənləşib – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının 32 iştirakçı ölkəsindən 30-u müəyyənləşib.
Postsovet məkanından heç bir yığma komanda bu hüquqa nail ola bilməyib. Əvəzində Avropa zonasından İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə və Uels milliləri DÇ-2022-yə yollanacaq.
Digər qitələrdən isə vəsiqələrə aşağıdakı ölkələr sahib çıxıb:
Cənubi Amerika: Argentina, Braziliya, Ekvador, Uruqvay
Afrika: Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis
Asiya: İran, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya
Şimali Amerika: Kanada, ABŞ, Meksika
Qalan iki komandadan biri iyunun 14-də keçiriləcək Kosta-Rika – Yeni Zelandiya cütünün qalibi olacaq. Digər yığmaya gəldikdə, əvvəlcə iyunun 7-də Qətərdə BƏƏ və Avstraliya arasında pley-off matçı keçiriləcək. Görüşün qalibi isə iyunun 13-də eyni ölkədə Peru ilə üz-üzə gələcək. Məhz bu qarşılaşmanın qalibi mundiala yüksələcək.