Tribuna İnformasiya Agentliyi

“DÇ-2018″də ilk istefa: baş məşqçi qovuldu

27 İyun
Misir yığmasının baş məşqçisi Ektor Kuper istefaya göndərilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Misir Futbol Federasiyasının tam tərkibli iclasda qərar qəbl edilib.
“Ektor Kuperin sayəsində 3 il sonra Afrika Millətlər Kubokuna, 28 il sonra isə dünya çempionatına vəsiqə qazandıq. Onun işini yüksək qiymətləndiririk” deyə federasiyanın açıqlamasında qeyd edilir.
Qeyd edək ki, Misir yığması dünya çempionatı Rusiya, Uruqvay və Səudiyyə Ərəbistanına uduzub. O, mundiala görə istefaya göndərilən ilk baş məşqçi olub.