Tribuna İnformasiya Agentliyi

DÇ-2018: Ronaldo Portuqaliyaya vacib qələbə qazandırdı

20 İyun

Bu gün futbol üzrə Dünya Çempionatında A və B qruplarında maraqlı qarşılaşmalar keçiriləcək.

Axar.az xəbər verir ki, günün ilk matçında saat 16:00-da Portuqaliya və Mərakeş millilərinin oyunu başlayacaq. İlk oyunda ulduz futbolçusu Kriştano Ronaldonun 3 qolu sayəsində İspaniya ilə bərabərə qalan portuqalların aktivində 1 xal var. Mərakeş isə ilk oyunda İrana məğlub olduğu üçün xalsızdır.

A qrupunda saat 19:00-da Uruqvay və Səudiyyə Ərəbistanı qarşılaşacaq. Uruqvay qalib gələcəyi təqdirdə Rusiya komandası ilə birlikdə 1/8 finala çıxacaq.

Günün son matçında isə saat 22:00-da İran və İspaniya yığmaları üz-üzə gələcək.

***

B qrupunda Portuqaliya və Mərakeş yığmaları üz-üzə gəlir. Artıq oyunun 4-cü dəqiqəsində Kristiano Ronaldo dəqiq baş zərbəsi ilə Portuqaliyanı 1-0 hesabı ilə irəli çıxardı.

***

Görüş 1-0 hesabı ilə Portuqaliya millisinin qələbəsi ilə başa çatdı.