Tribuna İnformasiya Agentliyi

DÇ-2018: Danimarka yığması Avstraliya ilə heç-heçə edib

21 İyun

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının C qrupunda ikinci turun oyunlarına start verilib.

“Report”un məlumatına görə, Danimarka yığması Avstraliya ilə üz-üzə gəlib. “Samara Arena”da baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Görüşdə hesabı danimarkalılar açıb. Kristian Eriksen 7-ci dəqiqədə komandasını hesabda önə çıxarıb. Avstraliya yığması bərabərlik qolunu 38-ci dəqiqədə penaltidən vurub. VAR sisteminə müraciət olunduqdan sonra təyin olunmuş 11 metrlik cərimə zərbəsini Mayl Yedinak dəqiq yerinə yetirib. Bu nəticədən sonra Danimarka xallarının sayını 4-ə çatdırıb, Avstraliya isə ilk xalını qazanıb.

DÇ-2018

21 iyun

II tur

C qrupu

16:00. Danimarka – Avstraliya – 1:1 

Qol: Kristian Eriksen, 7 – Mayl Yedinak, 38 (pen.)

Hakimlər: Antonio Matyö Lahoz, Pau Sebrian Devis, Roberto Dias Peres Del Palomar (hamısı İspaniya), Bamlak Tessema Veyesa (Efiopiya), Xaun Karlos Mora (Kosta-Rika)

Samara, “Samara Arena”

Qeyd edək ki, C qrupunun digər oyununda Fransa və Peru yığmaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.