Tribuna İnformasiya Agentliyi

DÇ-2018: Belçika, İsveç və Almaniya növbəti oyunlarını keçirəcəklər

23 İyun

Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında II turun növbəti görüşləri keçiriləcək.

“Report” xəbər verir ki, günün ilk qarşılaşması Belçika və Tunis yığmaları arasında oynanılacaq.

G qrupunun ilk turunda Belçika Panamanı 3:0 hesabı ilə üstələyib. Tunis isə İngiltərəyə 1:2 hesabı ilə məğlub olub. Belçika qələbə qazanacağı təqdirdə, növbəti mərhələni böyük ölçüdə təmin edəcək.

Bu gün həmçinin F qrupunda iki oyun keçiriləcək. Cənubi Koreya Meksika ilə, Almaniya isə İsveçlə qarşılaşacaq. İlk turda Almaniya Meksikaya 0:1 hesabı ilə uduzub. İsveç yığması isə Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub edib. Almaniya bu matçda da qələbə qazana bilməsə, növbəti mərhələ şanslarını çətinləşdirəcək.

DÇ-2018

23 iyun

II tur

G qrupu

16:00. Belçika- Tunis

Hakimlər: Ceyr Marrufo, Kori Rokuell (hər ikisi ABŞ), Xuan Zumba (Salvador), Andres Kunya (Uruqvay)

Moskva, “Spartak” stadionu

F qrupu

19:00. Cənubi Koreya – Meksika

Hakimlər: Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Con Pitti (Panama)

Rostov-Don, “Rostov Arena”

22:00. Almania – İsveç

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkieviç (hamısı Polşa), Ryuji Sato (Yaponiya)

Soçi “Fişt” stadionu