Tribuna İnformasiya Agentliyi

DÇ-2018: 1/8 final mərhələsinə yekun vurulur

03 İyul

Bu gün Rusiyada keçirilən DÇ-2018-də növbəti oyunlar keçiriləcək

Apasport.az saytının məlumatına görə, baş tutacaq iki qarşılaşma ilə 1/8 final mərhələsinə yekun vurulacaq.
Meydana G və H qruplarından 1/8 finala yüksələn komandalar çıxacaq. Öncə İsveç və İsveçrə Sankt-Peterburqda mübarizə aparacaq.
Bu cütün qalibinin 1/4 finaldakı rəqibi Moskvada müəyyənləşəcək. “Səkkizliy”in sonuncu komandası Kolumbiya və İngiltərə arasında oyunda bəlli olacaq.
DÇ-2018
1/8 final
3 iyul
18:00. İsveç – İsveçrə
Baş hakim: Damir Skomina (Sloveniya)
Sankt-Peterburq. Sankt-Peterburq stadionu
22:00. Kolumbiya – İngiltərə
Baş hakim: Mark Qeyqer (ABŞ)
Moskva. “Spartak” stadionu