Tribuna İnformasiya Agentliyi

DÇ-2018-ə bir gün qalmış İspaniya millisinin baş məşqçisi qovuldu

13 İyun
İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi vəzifəsindən qovulub.
Oxu.Az xəbər verir ki, İspaniya futbol federasiyasının prezidenti Luis Rubiales keçirilən xüsusi mətbuat konfransında mütəxəssislə müqavilənin ləğv edildiyini elan edib.
“Biz Xulen Lopeteqi ilə müqaviləni pozmalı olduq. Ona uğurlar arzulayırıq. Millinin qazanacaqları uğurlar onun işlərinin nəticələridir”, – prezident deyib.
Dünən məlum olub ki, Lopeteqi Madridin “Real” klub ilə üç illik müqavilə bağlayıb. Ötən ay isə baş məşqçi İspaniya millisi ilə iki illik müqavilə bağlamışdı.