Tribuna İnformasiya Agentliyi

Dayə evdən 80 minlik qızıl oğurladı

09 Noyabr

Bakıda evdən külli miqdarda qızıl oğurlamış qadın tutulub. Bakıda evdən külli miqdarda qızıl oğurlamış qadın tutulub.

Daxili İşlər Nazirliyinin saytında verilən xəbərə görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Bakı şəhər sakini Azər Kazımovun evindən 80 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, orada dayə işləyən paytaxt sakini Sevinc Fərəcova saxlanılıb.

Araşdırma davam etdirilir.