Tribuna İnformasiya Agentliyi

Dayanmadan 500 dəfə top çiləyən azərbaycanlı uşaq – VİDEO

30 Noyabr

“ARB Günəş”in “Xəbərdar ol” proqramı bu dəfə Qubada yaşayan doqquz yaşlı Əlinin qeyri-adi bacarığını işıqlandırıb.

TİA.AZ xəbər verir ki, o, dayanmadan 500 dəfə top çiləyə bilir.

Məktəbli üç ildir ki, futbolla məşğul olur. Balaca idmançı topla müxtəlif tryuklar edir. O, topu nəinki ayaqları ilə, həm də başı ilə çiləyə bilir. Həmçinin yeriyə-yeriyə topa nəzarət etməyi də bacarır. Nəticələrini yaxşılaşdırmaq üçün gün ərzində bir neçə saat məşq edir.

Əli Qubada doqquz yaşlı uşaqlardan ibarət futbol komandasında top qovur.