Dayanma-durmaya görə gündə yalnız 1 dəfə cərimə yazıla bilərbackend

Dayanma-durmaya görə gündə yalnız 1 dəfə cərimə yazıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dayanma və durma qaydalarının pozulmasına görə eyni inzibati xətanın törədilməsinə məsul şəxs gün ərzində təkrar inzibati məsuliyyətə cəlb olunmayacaq.  Bu barədə İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə dəyişiklik edilməsi təklif edilir. 

Təklif edilir ki, bu məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarının pozulmasına görə eyni inzibati xətanın törədilməsinə görə şəxs gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.