“Dayana bilmirəm, çəkirəm”- Narkotik işibackend

“Dayana bilmirəm, çəkirəm”- Narkotik işi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda külli miqdarda narkotiklə tutulan şəxsin məhkəməsi başlayıb. O, özünü narkotik satışında yox, narkotikdən istifadədə təqsirli bilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə təqsirli bilinən 2 uşaq atası Namiq Mahmudovun cinayət işi üzrə məhkəmə araşdırması baş tutub.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Namiq Mahmudov külli miqdarda narkotik vasitə ilə polis əməkdaşları tərəfindən saxlanılıb.

Namiq Mahmudovun məqsədi həmin narkotik vasitəni satmaq imiş. İttihama görə, Namiq Mahmudov İran vətəndaşı olan Baba adlı şəxsə ödəmə terminalı ilə pul göndərib. Bundan sonra da Baba adlı şəxsin göstərişi ilə Zığ yolunda borunun altına qoyulan narkotik vasitəni oradan götürüb. Məlum olub ki, Namiq Mahmudov daha əvvəl narkotik istifadəsinə görə məhkumluq həyatı yaşayıb. İttihama münasibət bildirən Namiq Mahmudov söyləyib ki, narkotikin satanı yox, çəkənidir. “Mən neçə illərdir çəkirəm. Həmin gün də evdə oturmuşdum. Cibimdə 1-2 qram narkotik var idi. Onu da özüm çəkəcəkdim. Polislər məni evdə divanın üstündən apardılar”- deyən N.Mahmudov bildirir ki, təzyiqlərdən qorxduğu üçün narkotik ittihamını etiraf edib.

Prokuror və hakim ona xatırladıb ki, videoçəkiliş zamanı narkotiki satış məqsədi ilə əldə etdiyini etiraf edib. Suallara cavab verən N.Mahmudov deyib ki, narkotik istifadəsinə görə peşmandır: “Dayana bilmirəm. Ona görə də çəkirəm”.

N.Mahmudov bildirib ki, hazırda övladlarına anası baxır.