Bərdədə Qarabağ qazisinin bu gününü icra başçısı görmür- FOTOLARbackend

Bərdədə Qarabağ qazisinin bu gününü icra başçısı görmür- FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ qazisi Məmmədrza İsmayılov uzun illərdir ki, həm ehhtiyac içində yaşayır, həm də kiçik bir daxmaya sığınıb. JAMAZ.İNFO xəbər verir ki, 65 yaşlı qazi hazırda Bərdə rayonu, Heydər Əliyev prospekti, Nizami küçəsi ev 1 ünvanında mənzillənib. Əgər buna ev demək mümkündürsə. İsmayılov Məmmədrza Hacı oğlu 1992-93-cü illərdə Qarabağ Müharibəsinin iştirakçısıdır.

O, Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibədən döndükdən sonra ailəsini başına yığaraq, kasıbblığınə edib. Lakin həyat onu təkcə aldığı güllə yaraları ilə deyil, həm də həyat yoldaşı və övlad acısıyla da sıınağa çəkib. Belə ki, Qarabağ qazisinin 2016-cı ildə həyat yoldaşı və 2017-ci ildə qızı uzun sürən xəstəlikdən sonra vəfat ediblər. Məmmədrza İsmayılovun hazırda tənha yaşayır.

Onun bir oğlu daha var ki, Sumqayıtda yaşayır. Xroniki Hepatit C xəstəsi olan övladı xəstəliyi ilə əlaqədar dolana bilmədiyindən, ata onun da dolanışığını təmin etmək məcburiyyətindədir. JAMAZ.İNFO-ya müraciət edən Məmmədrza İsmayılov bildirir ki, hər ay aldığı 230 manat pensiyasını bankdan götürdüyü kreditinə ödəyir. Çünki mərhum həyat yoldaşını xəstəlikdən müalicə etmək üçün vəsaitə ehtiyacı olub. Bir tərəfdən də oğlunun müalicəsi yarımçıq qalmasın deyə, banka üz tutub. Qarabağ qazisi deyir ki, aldığı 230 manat pensiyadan ona vur-tut 10 manat pul qalır. Qalan hamısı kreditlərə çıxır. “Həmin 10 manat mənim bir həftəlik çörəyimə çatır. Qalan günləri ya borc alıram, ya da bəzi günləri ac qalmaqla ötüşdürürəm”. Qazi onu da deyir ki, pulu olmadığından elektrikin pulunu ödəyə bilmir.

“Bəzən günlərlə, bəzən ay boyu evdə işıq olmur. Barı bir iş də vermirlər ki, saat hesabı işləyib, heç olmasa yeməyimi təmin edim. Nə maraqlanan var, nə də soraqlaşan”. Məmmədrza İsmayılov deyir ki, düşdüyü vəziyyəti ilə bağlı ölkə rəhbərliyinə, habelə Birinci Vitse-Prezidentə və Müdafiə Nazirliyinə müraciət etsə də, köməklik olunmayıb. “Etdiyim müraciətlərin hamısı Bərdə rayon İcra Hakimiyyətinə yönəldilib. İcra Hakimiyyətindən nəinki gəlib mənə köməklik ediblər, heç harada yaşamağımla belə maraqlanmayıblar”. Bərdə sakini mətbuat vasitəsi ilə Prezidentə və Birinci Vitse-Prezidentə müraciət edərək, onlardan kömək istəyib. “Nümayəndə göndərsinlər və görsünlər ki, Qarabağda döyüşmüş əsgər hansı şəraitdə və vəziyyətdə yaşayır. Bu məsələdə mənə yardım etsinlər, köməklik göstərsinlər”.

Qeyd edək ki, Bərdə rayon İH başçısı Vidadi İsayev ən çox şikayət edilən icra başçılarından biridir.

Ölkə mətbuataında mütəmadi olaraq onun sakinlərin problemlərinə laqeydliyindən, özbaşınalıqlarından yazılır. Ancaq bütün bunlara baxçayaraq əsasən Vidadi İsayev mətbu orqanlarda gedən yazılara, vətəndaşların şikayətlərinə, dövlət başçısnın məmurlara ünvanladığı tapşırıq və tövsiyyələrinə, məhəl qoymur.

TİA.AZ