Daxili işlər nazirinin adından istifadə edən şəxs həbs olundubackend

Daxili işlər nazirinin adından istifadə edən şəxs həbs olundu

Daxili İşlər Nazirliyi (DİN) Sabirabad rayonunda bir qrup şəxsin özünü polis işçisi kimi təqdim edən şəxs tərəfindən aldadılması ilə bağlı xəbərə münasibət bildirib.
DİN-in Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:
“Kanal13”ün “Yutub” sosial şəbəkəsindəki səhifəsində Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim etmiş Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə video paylaşılıb.
DİN-in Mətbuat Xidməti olaraq bildiririk ki, hələ keçən ilin noyabr ayında qeyd olunan məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət etmişdilər. Dərhal məsələ araşdırılmış və təsdiqini tapmışdır. Odur ki, 25.11.2019-cu il tarixdə DİN BMCMİ-də Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. Bundan 2 gün sonra B.Qədirov CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Fürsətdən istifadə edərək Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin də nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad RPŞ-yə müraciət edə bilərlər”.
Qeyd edək ki, “Kanal13”ün “Yutub” sosial şəbəkəsindəki səhifəsində bildirilib ki, Qədirov Mirbaba adlı şəxs bir qrup Sabirabad sakinindən işə düzəltmə adı ilə pul alıb. “Şikayətçilər idda edir ki, Qədirov Mirbaba Daxili İşlər nazirinin adından istifadə edərək bu pulları onlardan alıb. Zərərəçəkənlərin sözlərinə görə onlar bir neçə ay işlədikdən sonra maaşları ödənmir. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq”, – deyə “Kanal 13” xəbər verib.

 


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki