Daşqın olacaq, sel keçəcək – Hava xəbərdarlığıbackend

Daşqın olacaq, sel keçəcək – Hava xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın rayonlarında qısa fasilədən sonra sentyabrın 9-da axşam bəzi şərq rayonlarında, 10-dan 11-i axşamadək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.