DAŞKƏND GÖRÜŞÜNDƏN GÖZLƏNTİLƏR NƏLƏRDİR?- Politoloqdan Açıqlamabackend

DAŞKƏND GÖRÜŞÜNDƏN GÖZLƏNTİLƏR NƏLƏRDİR?- Politoloqdan Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq anoloji təmaslar Azərbaycan tərəfi və digər Mərkəzi Asiya ölkələri ilə intensiv şəkil alıb və tez-tez belə görüşlərin şahidi oluruq”.

Bunu TİA. Az-a açıqlamasında Avqustun 2-də Daşkənddə baş tutacaq Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri və nəqliyyat nazirlərinin görüşü haqqında danışarkən politoloq Xəyal Bəşirli deyib. O qeyd edib ki, Ukraynada baş verən hadisələrlə bağlı bəzi dövlətlər arasında qarşıdurma var:

“Düşünürəm ki, Rusiya ilə vəziyyətin bu həddə gəlib çatması Rusiyadan idxal edilən enerji resurslarına və digər idxal məhsullarına sanksiya qoyulması qərb ölkələrinin bu istiqamətdə alternativ mənbələrin axtarışına səbəb olub.
Məhz, buna görədir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə ciddi görüşlər gedir.


Sözügedən görüşə gəldikdə isə onu deyə bilərik ki, istər Qarabağ müharibəsi dönəmində istərsə ondan sonrakı dönəmdə olan proseslərdə Azərbaycan və Türkiyə rəsmilərinin görüşlərinin şahidi olmuşuq.
Amma hazırkı məqamda Özbəkistanın Xarici İşlər Nazirinin və eyni zamanda nəqliyyat nazirlərinin bu görüşdə iştirakı bir daha ondan xəbər verir ki, Mərkəzi Asiyada olan türk dövlətlərinin enerji resurslarının Cənubi Qafqazda dominant qüvvə olan Azərbaycan vasitəsilə Avropa bazarına çatdırılmasına hesablanmış addımların müzakirəsinə aiddir. Düşünürəm ki, bu görüşdə çox ciddi sənədlərin imzalanacaq. Gözləntilər bundan ibarətdir ki, Qazaxıstan və Türkmənistanla yanaşı Özbəkistanın da hansı həcmdə qazın Xəzər dənizi və Azərbaycan vasitəsilə Türkiyədən keçməklə Avropa ölkələrinə çatdırılması ilə bağlı məsələlər müzakirə olunacaq və bu istiqamətdə real razılaşmalar əldə ediləcək”.

Qeyd edək ki, görüş barədə barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində məlumat verib. O, belə bir oxşar görüşün bir müddət əvvəl Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat nazirləri arasında keçirildiyini də xatırladıb.

TİA. Az