Daşıma şirkəti “Bolt”la bağlı şikayət etdi, Dövlət Xidməti ona iş qaldırdıbackend

Daşıma şirkəti “Bolt”la bağlı şikayət etdi, Dövlət Xidməti ona iş qaldırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu gün 2022-ci ilin iyun ayı ərzində baxılması nəzərdə tutulan antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlərin cədvəlinə “Bolt Services AZ” MMC-nin adını da daxil edib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, “Delivery Azerbaijan” MMC adlı daşıma şirkəti  “Bolt Services AZ” MMC barəsində Dövlət Xidmətinə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasının  tələblərinin pozulması əlamətləri dair şikayət verib.